“love.az” xəbər verir ki, B qrupunda yer alan millimiz Bakıda Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Dalğa Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq. Matçı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, millimiz bunadək səfərdə Portuqaliya və Çexiyaya eyni hesabla - 0:5 uduzub, Bakıda Bolqarıstanla 1:1 hesablı heç-heçə edib.
14 oktyabr
19:00. Azərbaycan (U-21) - Şotlandiya (U-21)
Baş hakim: Sayat Karabayev
“Dalğa Arena”
20:00. Bolqarıstan (U-21) - Çexiya (U-21)