Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ukrayna ilə bağlı razılıq olub? - Tramp açıqladı
 
						Ukrayna ilə bağlı razılıq olub? 
							 - Tramp açıqladı
Əlavə olunub: 08.16.2025 | 06:25 | Baxılıb: 7941
ABŞ Prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı bir çox məsələlərdə, o cümlədən Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsində razılığa gəliblər.

“love.az” xəbər verir ki, bu barədə o, “Fox News”a  müsahibəsində deyib.

Ondan Ukrayna üçün ərazilərin dəyişdirilməsi və NATO-dan asılı olmayan təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmanın baş tutub-tutmayacağı soruşulub. 

Buna cavab olaraq Tramp deyib: “Düşünürəm ki, bu bizim müzakirə etdiyimiz məqamlardır. Bunlar, əslində, əsas olaraq razılaşdığımız məqamlardır”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.