Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.26.2025 | 02:35 | Baxılıb: 2847
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Norveç Ukraynaya 410 milyon avro maliyyə yardımı ayıracaq. 

“love.az” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.

O qeyd edib ki, Vaşinqtonda AYİB prezidenti Odil Renaud-Basso ilə müqavilə imzalayıb.

Bildirilib ki, bu maliyyə vəsaiti qış mövsümü zamanı qazın alışına sərf olunacaq.

Xatırladaq ki, ötən həftə Ukraynanın növbəti istilik mövsümünə hazırlıq məqsədilə qaz depolamağa başladığı məlum olub. Bu, Ukraynanın Rusiya ordusunun müntəzəm hücumları nəticəsində qaz hasilatının 40 faizini itirməsi fonunda baş verib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.