Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ukraynaya Amerika silahı verən ilk ölkə olacaq
 
						Ukraynaya Amerika silahı verən ilk ölkə olacaq
Əlavə olunub: 08.04.2025 | 21:31 | Baxılıb: 1750
Niderland Ukraynaya 500 milyon avro dəyərində Amerika silahı verən ilk NATO ölkəsi olacaq. 

“love.az” xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Ruben Brekelmans "X" platformasında paylaşım edib.

Nazir bildirib ki, Niderland Ukraynaya “Patriot” zenit-raket kompleksləri, onların ehtiyat hissələri və raketlər də daxil olmaqla, ümumi dəyəri 500 milyon avro olan genişmiqyaslı silah paketi təqdim ediləcək.

Qeyd edək ki, iyulun 11-də ABŞ Pezidenti Donald Tramp ABŞ-nin NATO üzrə müttəfiqlərinin Vaşinqtondan silah alacağını və sonradan Ukraynaya verə biləcəyini açıqlamışdı. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.