“love.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor və xanımı məqsədli şəkildə doğuşun ABŞ-də baş tutması üçün bu ölkəyə yollanıblar.
Belə ki, ilk övladlarını Mayamidə qucaqlarına alan Ahmet Kural və həyat yoldaşı Çağla Gizem Şahin, ikinci övladlarının doğuşu üçün San Dieqoya gediblər.
Cütlüyün bu təşəbbüsü sosial mediada tənqidə səbəb olub.
Qeyd edək ki, Ahmet Kural 2023-cü ildə vəkil Çağla Gizem Şahinlə evlənib. Onların ilk övladı Kemal ötən il, ikinci övladları isə bu il dünyaya gəlib.