
“love.az” xəbər verir ki, Aksu “Çek tetiği” adlı mahnısını serialın baş rol ifaçısı Ozan Akbaba tərəfindən səsləndirilməsi üçün təqdim edib.
Mahnı sözləri və musiqisi Sezen Aksu’ya, bağlama hissəsi isə Ahmet Koça aid olmaqla Ozan Akbaba tərəfindən Sezen Aksunun evindəki studiyada yazılıb. Akbaba çəkilişlərin aparıldığı Midyat şəhərindən İstanbula gələrək, mahnını xüsusi olaraq studiyada ifa edib.
“Çek tetiği” mahnısı “Kanal D”də yayımlanan “Uzak Şehir” serialının növbəti bölümündə səslənəcək. Xüsusi hazırlanmış treylerdə Ozan Akbabanın ifası izləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Sezen Aksu sadiq bir “Uzak Şehir” izləyicisi olaraq seriala daha əvvəl də mahnı hədiyyə etmişdi.