Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Vatsapda problem yarandı
 
						Vatsapda problem yarandı
Əlavə olunub: 08.05.2025 | 09:29 | Baxılıb: 1479
Vatsap mesencerində problem yaranıb.

“love.az” xəbər verir ki, istifadəçilər vatsapın veb versiyasından istifadədə çətinliklə üzləşiblər.

Belə ki, hazırda mesencerin veb versiyasına daxil olmaq mümkün deyil.

Bununla belə, tətbiqlərin fəaliyyətini izləyən “Downdetector” xidməti hazırda vatsapda hansısa problemin olmadığını bildirib. 

Xatırladaq ki, vatsapda oxşar problem 3 həftə əvvəl də qeydə alınıb. Bu zaman dünya üzrə istifadəçilər tətbiqin veb versiyasına daxil ola bilməyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.