Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.22.2025 | 16:52 | Baxılıb: 2925
Xaçmazda peşə məktəbində tələbəyə xəsarət yetirilib.

“love.az"in məlumatına görə, hadisə Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində baş verib.

Belə ki, mübahisə zəminində baş vermiş hadisə nəticəsində rayonun Yalama kənd sakini 2008-ci il təvəllüdlü E.Ş-yə qayçı ilə xəsarətlər yetirilib. O, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və tibbi yardımdan sonra evə buraxılıb.

***

Polisin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü E.M. saxlanılıb.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 11:00 radələrində 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

Ona döş qəfəsinin ön səthinin, bel və sağ sağrı nahiyəsinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları, bədənin çoxsaylı sıyrılmış yaraları diaqnozu təyin olunub.

Xəsarət alan şəxsin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

Mübariz Muradov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.