“love.az” “News.am”a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Vətəndaş Günü münasibətilə Qavar şəhərində gənclərlə keçirilən görüşü zamanı deyib:
“Real olmayan sərhədlərdən imtina etməliyik. Xəyali Ermənistandan real Ermənistana keçid etməliyik. Əks halda həmin xəyali Ermənistan ucbatından real Ermənistanı da itirə bilərik”.
O qeyd edib ki, indi real Ermənistan naminə xəyali Ermənistandan imtina etmək zamanıdır: “Bu, övladlarımızı qoruyacaq, Ermənistanı isə, nəhayət, suveren, demokratik və azad bir dövlətə çevirəcək”.