Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
XİN İraqa başsağlığı verdi
 
						XİN İraqa başsağlığı verdi
Əlavə olunub: 07.17.2025 | 11:05 | Baxılıb: 1020
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraqa başsağlığı verib.

“love.az” xəbər verir ki, bununla bağlı XİN-in “X” hesabında paylaşım edilib.

“İraqın Kut şəhərindəki ticarət mərkəzində baş vermiş dəhşətli yanğın nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir.

Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də dost İraq hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk.

Kədərlənənlərə səbr və güc, yaralananlara isə tezliklə sağalmalarını arzu edirik”.

Xatırladaq ki, İraqın Vasit əyalətinin Kut şəhərində hipermarketdə güclü yanğın baş verib. Hadisə nəticəsində 50 nəfər həlak olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.