Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
XXXII turun daha üç oyunu keçiriləcək
 
						XXXII turun daha üç oyunu keçiriləcək
Əlavə olunub: 04.28.2024 | 10:40 | Baxılıb: 1396
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha üç oyunu keçiriləcək.

“love.az” xəbər verir ki, əvvəlcə “Qəbələ” “Kəpəz”i qəbul edəcək.

Turun digər görüşündə “Turan Tovuz” “Neftçi”nin qonağı olacaq.

 Günün son qarşılaşmasına çempionluğu rəsmiləşdirən “Qarabağ” səfərdə “Sumqayıt”la üz-üzə gələcək.

Qeyd edək ki, tura sabah keçiriləcək “Zirə” – “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq.

28 aprel (bazar)

15:30. “Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu

17:45. “Neftçi” – “Turan Tovuz”
“Neftçi Arena”

20:00. “Sumqayıt” – “Qarabağ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.