
“love.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, qızları ilə birlikdə Portuqaliyaya gedən keçmiş evlilər tətildən paylaşdıqları fotolara “Ailə” şərhini yazıblar.
Qeyd edək ki, Anıl Altan və Pelin Akil 2016-cı ildə ailə qurmuşdu. 2019-cu ildə cütlüyün əkiz qızları - Alin və Lina dünyaya gəlib. Bir neçə ay əvvəl 9 illik evliliklərinə son qoyan cütlük uşaqları üçün tez-tez bir araya gəlməyə davam edir.







