Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.12.2025 | 14:44 | Baxılıb: 1751
Məşhur Hollivud aktyoru Rassel Krou yeni xarici görünüşü ilə diqqət çəkib.

“love.az” xəbər verir ki, bir müddət öncə xeyli çəki alması ilə gündəm olan 61 yaşlı aktyor “The Joe Rogan Experience” podkastında “Nürnberq” filminin çəkilişləri haqqında danışıb.

O, filmdə nasist lider Herman Görinqi canlandırarkən çəkisinin təxminən 126 kiloqrama çatdığını, hazırda isə 100 kq-a düşdüyünü söyləyib.

“Beş il əvvəl, karantin zamanı isə mənim çəkim 140 kiloqram idi. İndi mən yenidən özümü canlı hiss edirəm”, - aktyor deyib.

Krou etiraf edib ki, onun yenidən əvvəlki görünüşünə qayıda bilməsində özünün hazırladığı sağlamlaşdırma platforması mühüm rol oynayıb. Bu platforma aktyora artrit və xroniki ağrılarla mübarizə aparmağa kömək edib. Daha bir mühüm addım isə spirtli içkilərdən imtina olub.

“İndi mən nadir hallarda içirəm, ən yaxşı halda şam yeməyi zamanı bir qədəh şərab içərəm. Əvvəllər bu mənim həyatımın bir hissəsi idi, indi isə mən keyfiyyəti kəmiyyətdən üstün tuturam” - Krou etiraf edib.

Aktyorun yeni halı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Pərəstişkarları ulduzun azı 10 il gəncləşdiyini və yenidən əsl qladiator kimi göründüyünü qeyd ediblər.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.