Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.16.2025 | 14:35 | Baxılıb: 4039
“Sığorta hadisəsi nəticəsində zərərçəkmiş sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən olunacaq”.

“love.az” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün keçirilən komitə iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Nazirlər Kabinetinin qəbul etdiyi qərar əsasında ƏƏSMN-nin nəzdində Tibbi Sosial Ekspertiza Agentliyinin mütəxəssisləri bu işi aparacaqlar.

Məndə olan məlumata görə, müayinələrin aparılmasının yeni qaydaları nazirlik tərəfindən müəyyənləşib. Bu beynəlxalq normalara uyğun əsasnamədir. Artıq hazırlanıb. Bu qanun qəbul olunduqdan sonra o da qüvvəyə minəcək”, - deyə komitə sədri qeyd edib.

Nuranə Daxilqızı 

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.