Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.15.2025 | 19:00 | Baxılıb: 1728
Braziliyanın “Santos” klubunun hücumçusu Neymar karyerasını İtaliyada davam etdirməyə hazırlaşır.

“love.az” xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Bildirilib ki, 33 yaşlı futbolçu ilə A Seriyasının aparıcı klublarından “İnter” və “Napoli” maraqlanır. Neymarın “Santos”la müqaviləsi bu qış başa çatacaq və ulduz futbolçu Avropaya qayıtmaq imkanını nəzərdən keçirir.

Mənbənin məlumatına görə, braziliyalı hücumçu Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin diqqətini cəlb etməyi və 2026-cı il Dünya Çempionatından öncə yenidən yığmaya qayıtmağı hədəfləyir.

Xatırladaq ki, o, cari mövsümdə bütün turnirlərdə 21 oyunda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.