Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Zelenski Alyaska görüşünə niyə dəvət edilməyib?
 
						Zelenski Alyaska görüşünə niyə dəvət edilməyib?
Əlavə olunub: 08.13.2025 | 03:09 | Baxılıb: 1344
“Alyaskada görüş Rusiya Prezidentinin Trampa görüş üçün müraciətindən sonra təşkil edilib”. 

“love.az"in xarici mətbuata istinadən məlumatına görə, bu sözləri Ağ Evin sözçüsü Kerolayn Livit keçirdiyi brifinqdə deyib.

“Ukrayna Prezidenti Volodimir Zelenski Alyaskada Putinlə Tramp arasındakı görüşə niyə dəvət olunmayıb”? sualına Ağ Ev rəsmisi belə cavab verib: “Prezident Tramp görüşə Vladimir Putinin müraciətindən sonra razılıq verib”.

Livit əlavə edib ki, buna görə də bu görüşdə Ukrayna məsələsi üzrə danışıqlarda münaqişənin yalnız bir tərəfi təmsil olunacaq.

Qeyd edək ki, Tramp və Putin arasındakı görüş avqustun 15-də Alyaskada keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.