Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.16.2025 | 07:27 | Baxılıb: 1590
Ukrayna Prezidenti Volodimir Zelenski çox vətəndaşlıq haqqında qanunu imzalayıb.

“love.az” xəbər verir ki, bu barədə Ali Radanın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, müəyyən şərtlər daxilində ukraynalılar eyni zamanda iki və ya daha çox ölkənin vətəndaşlığına sahib ola biləcəklər.

Bundan əlavə, digər ölkələrin vətəndaşları olan Ukrayna mənşəli şəxslər üçün də sadələşdirilmiş qaydada vətəndaşlıq əldə etmək hüququ təmin edilir.

Yeni qanun Ukraynada hərbi xidmət keçən əcnəbilər üçün vətəndaşlıq əldə etmək prosedurunu sadələşdirir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.