Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Zelenski Rusiya ilə görüşə onu göndərir
 
						Zelenski Rusiya ilə görüşə onu göndərir
Əlavə olunub: 07.22.2025 | 14:08 | Baxılıb: 1832
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya və Ukrayna arasında sülh danışıqlarının üçüncü turu ilə bağlı açıqlama verib. 

“love.az” xəbər verir ki, bu barədə Ukrayna Rəyasət Heyətinin rəsmi internet səhifəsi məlumat yayıb.

Zelenski Rusiya ilə danışıqlar üçün nümayəndə heyətinin formalaşdırılması haqda tapşırıq verib.

Görüşə Ukrayna Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov rəhbərlik edəcək. Həmçinin nümayəndə heyətinə Ukrayna kəşfiyyatı, XİN və Prezident Ofisinin nümayəndələri daxil ediləcək.

Xatırladaq ki, Ukrayna nümayəndə heyətinin Rusiya tərəfi ilə danışıqlarının növbəti raundu iyulun 23-də Türkiyədə keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.