Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.04.2025 | 10:18 | Baxılıb: 3115
“ABŞ nümayəndələri gələn həftə “Tramp marşrutu” (Zəngəzur dəhlizi – red.) layihəsini müzakirə etmək üçün Ermənistana səfər edəcəklər”.

“love.az” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Joxovurd” qəzeti yayıb.

Qəzet yazır ki, səfər zamanı siyasi nüanslar, investisiyanın həcmi, işlərin başlama vaxtı da daxil olmaqla texniki detallar müzakirə ediləcək: “Səfərin məqsədi razılaşmaların praktiki olaraq həyata keçirilməsi üçün addımların ardıcıllığını dəqiqləşdirməkdir”.

Bununla belə, qəzet Ermənistan hökumətinin məsələ ilə bağlı konkret detal və müzakirələrin gündəliyini açıqlamadığını vurğulayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.