Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Zirə” tapmışdı, 1,3 milyon avroya satdılar
 
						“Zirə” tapmışdı, 1,3 milyon avroya satdılar
Əlavə olunub: 07.22.2025 | 20:01 | Baxılıb: 2458
Son mövsümü ikinci pillədə başa vuran “Zirə” futbolçusu Salifu Sumanı  başqa kluba satıb.

“love.az"in əldə etdiyi məlumata görə, 21 yaşlı hücumçu İsveçin “Malmö” klubuna transfer olunub.

Bu keçid üçün İsveç təmsilçisi Azərbaycan klubuna 1,3 milyon avro ödəyib. Bu, “Zirə”nin tarixində rekord transfer məbləğidir.

Qeyd edək ki, Salifu Suma demək olar ki, peşəkar karyerasına “Zirə”də başlayıb. Futbolçu Azərbaycan təmsilçisinə keçənə qədər peşəkar futbolçu kimi cəmi 12 dəqiqə meydanda olub. Onu Rəşad Sadıqovun tapıntısı adlandırırdılar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.