Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.14.2025 | 11:21 | Baxılıb: 1400
Xəbər verdiyimiz kimi, ötən gün “Zirə” “Neftçi” ilə 0:2 uduzduğu matçda möhtəşəm geridönüş edərək 4:2 hesablı qələbə qazanıb.

“love.az"in məlumatına görə, bu Rəşad Sadıqovun komandasının ilk belə geridönüşü deyil. 

Zirəlilər 21-ci turda “Qarabağ” üzərində matçda da “come back”lə yadda qalmışdı. 

Həmin görüşdə də 0:2 hesabı ilə uduzan “Zirə” 3 qol vuraraq matçdan qalib ayrılmışdı. 

Maraqlıdır ki, R.Sadıqovun baş məşqçisi olduğu komanda iddialı “Qarabağ” və “Neftçi” ilə qarşılaşmalarda bu cür uğura nail olub. 

Hər iki matçda vurulan qolları və geridönüşləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.