Son xəbərlər
Son xəbərlər

Küçədə kuryerə hücum edildi

Küçədə kuryerə hücum edildiBursada iki nəfər yol mübahisəsi zəminində kuryerə hücum edib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Bursanın Yıldırım mahalı Duaçınarı Vişne küçəsində baş verib. Belə ki, hadisədə sifariş çatdıran kuryerlə yoldakı servis sürücüsü arasında yol vermək mübahisəsi düşüb.

Mübahisə böyüdükcə servis maşınından düşən iki nəfər kuryerə təpik və yumruq zərbələri ilə hücum edib.

Zərbələrdən xilas olmaq istəyən kuryer hadisə yerindən qaçıb.

Hadisə yaxınlıqdakı təhlükəsizlik kamerasına saniyə saniyə qeydə alınıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 704   Tarix: 19 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife