Son xəbərlər
Son xəbərlər

Vurulan xəstəxananın altında hərbi baza olub? - Video

Vurulan xəstəxananın altında hərbi baza olub? - Videoİsrailin Beer-Şeva şəhərində "Soroka" xəstəxanasının İrana məxsus raketlə vurulması barədə məlumat vermişdik.

"Qafqazinfo" xəbər verir ki, İran mətbuatı sözügedən xəstəxananın altında hərbi bazanın olması ilə bağlı məlumat yayıb.

Kompüterdə hazırlanmış görüntüdə tibb müəssisəsinin altında döyüş tanklarının yerləşdirildiyi iddia olunur.

Qeyd edək ki, İsrail Müdafiə ordusu bu səhər İranın ölkə istiqamətində təqribən 20 raket atdığını açıqlayıb. Həmin raketlərin İsrailin hava hücumundan müdafiə vasitələri tərəfindən vurulduğu, lakin hadisə nəticəsində 65 nəfərin xəsarət aldığı bildirilib.

Vurulan xəstəxananın altında hərbi baza olub? - Video


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 795   Tarix: 19 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife