Son xəbərlər
Son xəbərlər

Ukrayna - Azərbaycan oyunu harada keçiriləcək?

Ukrayna - Azərbaycan oyunu harada keçiriləcək?Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

Sonxeber.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, D qrupunun IV turunun matçı oktyabrın 13-də Polşanın Vrotslav şəhərindəki "Tarçinski Arena"da oynanılacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Qeyd edək ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Ukrayna yığması ilə ev oyununu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 398   Tarix: 19 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife