Son xəbərlər
Son xəbərlər

Yanğınsöndürən təyyarə gölə düşdü – Pilotdan mesaj: "Məni buradan götürün"

Yanğınsöndürən təyyarə gölə düşdü – Pilotdan mesaj: "Məni buradan götürün"Türkiyənin Adana şəhərində meşə yanğına müdaxilə edən yanğınsöndürən təyyarə Seyhan bənd gölünə düşüb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, təyyarədə olan iki pilot hadisədən sağ çıxıb.

Hadisə Adananın Çukurova rayonuna bağlı Salbaş məhəlləsinin Fadıl kəndi ərazisində baş verib. Meşəlik sahədə başlayan yanğını görən sakinlər dərhal 112 Təcili Yardım Mərkəzinə məlumat veriblər. Əraziyə Meşə Mühafizəsi Xidmətinin əməkdaşları, arazözlər, su çənləri və yanğınsöndürən işçilər cəlb olunub. Yanğının genişlənməsinin qarşısını almaq məqsədilə havadan da müdaxilə edilib. Əraziyə bir yanğınsöndürmə helikopteri və bir təyyarə göndərilib.

Seyhan bənd gölündən su götürən təyyarə hələlik naməlum səbəbdən qəzaya uğrayaraq gölə düşüb.

Hadisədən sonra təyyarə pilotunun helikopter pilotuna mesaj göndərərək "Təyyarəm gölə düşdü, vəziyyətim yaxşıdır, məni götürün" dediyi öyrənilib. Bölgəyə çox sayda axtarış-xilasetmə qrupu göndərilib.

Hadisə ilə bağlı açıqlama verən Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı bildirib:

"Adananın Çukurova rayonunda kənd ərazisində başlayaraq meşəyə keçən yanğına müdaxilə edən yanğınsöndürən təyyarəmiz Seyhan bəndindən su götürərkən hələlik naməlum səbəbdən qəzaya uğrayıb. Çox şükür ki, təyyarədə olan iki pilotumuz xilas edilib".


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 889   Tarix: 19 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife