Son xəbərlər
Son xəbərlər

Küçənin ortasında narkotik satdı – Sosial şəbəkədə rezonans doğuran görüntülər - VİDEO

Küçənin ortasında narkotik satdı – Sosial şəbəkədə rezonans doğuran görüntülər - VİDEOİstanbulun Esenyurt rayonunda qeydə alınan və qısa müddətdə sosial şəbəkələrdə yayılan görüntülər, narkotik maddə satışının hansı səviyyəyə çatdığını bir daha ortaya qoyub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, görüntülərdə bir şəxsin küçənin ortasında, ətrafdakı insanlara məhəl qoymadan narkotik maddə satdığı anlar əks olunub. Sözügedən hadisə mobil telefon kamerası ilə qeydə alınıb. Şəxsin açıq şəkildə əlbəəl maddə alveri etməsi və sərbəst davranışları ictimaiyyətin ciddi narahatlığına səbəb olub.

Hadisənin sosial mediada gündəmə çevrilməsindən sonra çox sayda istifadəçi Daxili İşlər Nazirliyi və Baş Polis İdarəsini etiketləyərək dərhal tədbir görülməsinə çağırış edib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 901   Tarix: 19 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife