Son xəbərlər
Son xəbərlər

Prezidentin çıxışı zamanı "Qarabağın fatehi" səsləri ucaldı - Video

Prezidentin çıxışı zamanı "Qarabağın fatehi" səsləri ucaldı - VideoPrezident İlham Əliyevin Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan Məhəlləsi"nin açılış mərasimində çıxışı zamanı maraqlı anlar yaşanıb.

"Qafqazinfo" xəbər verir ki, ölkə başçısı sözügedən mərasimdə çıxışı zamanı Azərbaycanın hər zaman Türkiyənin yanında, Türkiyənin də daim Azərbaycanın yanında olduğunu xatırladıb və sözlərinə belə davam edib: "Bu gün "Azərbaycan Məhəlləsi"nin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizi, dostluğumuzu təzahür edir".

Azərbaycan Prezidentinin bu çıxışından sonra vətəndaşlar İlham Əliyevin ünvanına "Qarabağın fatehi" ifadəsini səsləndiriblər.

Dövlət başçısı bunu xoş təbəssümlə qarşılayıb, tədbir iştirakçıları isə alqışlayıb.

Sözügedən görüntüləri təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1548   Tarix: 19 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife