. Love.az

Cemenli Belediyyesi - Wikipedia - Love.az

Ana Səhifə - Cemenli Belediyyesi

Çəmənli bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 1999-cu ildən fəaliyyət göstərən bələdiyyə.

Bələdiyyə
Çəmənli bələdiyyəsi
Azərbaycan Respublikasının Ağdam rayonunun Çəmənli bələdiyyəsi
Ölkə
  •  Azərbaycan
Daxildir Ağdam rayonu
İnzibati mərkəz Çəmənli
Bələdiyyə sədri Qliyev Mobil Məhəmməd oğlu[1]
Tarixi və coğrafiyası
Yaradılıb 1999
Sahəsi
  • 34,73 km²
Əhalisi
Əhalisi
  • 6.058 nəf. (2025)
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Statistik kodu 60922007
ələdiyyə ödənişləri üçün vergi kodu 3202
VÖEN 3200044891
Telefon kodu +994 26
Avtomobil nömrəsi 02
[email protected]

Mündəricat

  • 1 Tarixi
  • 2 Mərkəzi və ərazisi
  • 3 Bələdiyyə ilə bağlı digər məlumatlar
  • 4 İstinadlar

Tarixi

redaktə

07.12.1999-cu il tarxili 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun[2] ilkin redaksiyasının "Ağdam rayonu" bölməsinnə əsasən yaradılan ilk 8 bələdiyyədən biri də Ağdam rayonunun Çəmənli bələdiyyəsi olub. O zaman tərkibinə aşağıdakı inzibati ərazi vahidləri aid edilib: Ağram rayonunun Çəmənli, Sarıcalı və Şükürağalı kəndləri.

20.02.2000-ci il tarixli 02 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə bu Bələdiyyənin ilk Nizmanaməsi qəbul edilib və həmin Nimzanamə 21.04.2025-ci il tarixli 05 nömrəli Protokolunda [3] təsbit edilmiş 3-cü Qərarı ilə ləğv edilib.

18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla[4] təsdiq edilmiş “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq Quzanlı qəsəbəsində yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın üzvülüyünə qəbul edilib.

2003 – 2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna[5] əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi)[6] və Bərdə Regional Ədliyyə İdarəsi[7] həyata keçirib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[8] uyğun olaraq, Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunla[9] Ağdam bələdiyyələrində ağağıdakı dəyişikliklər edilib: "Çəmənli bələdiyyəsinin əhatə etdiyi Sarıcalı və Şükürağalı kəndlərində Sarıcalı bələdiyyəsi" təşkil edilib. Bununla da Ağdam rayonunun Çəmənli bələdiyyəsinin tərtibində bir tək Çəmənli kəndi qalıb.

2020-2024-cü illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna[10] əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi[11] və Qarabağ Regional Ədliyyə İdarəsi[7] vasitəsilə həyata keçirir.

18.11.2024-cü il tarixli 50-VIIQ və 51-VIIQD nömrəli qanunlarla[12][13][14][15] aşağıdakı dəyişikliklər edilib: "7.2. Çəmənli və Sarıcalı bələdiyyələrinin əhatə etdiyi Çəmənli, Sarıcalı və Şükürağalı kəndlərində Çəmənli bələdiyyəsi;" yenidən təşkil edilib.

21.04.2025-ci il tarixli 05 nömrəli Protokolunda təsbit edilmiş Qərarı[3] ilə bu Bələdiyyənin yeni Nizamnaməsi qəbul olunub.

Mərkəzi və ərazisi

redaktə

Nizamnaməsinin[3] 1.5-ci bəndinə əsasən Ağdam rayonunun Çəmənli bələdiyyəsinin mərkəzi Ağdamın Çəmənli kəndidir.

Bələdiyyə ofisi kənd nümayəndəliyinin binasında yerləşir[16].

Bu Bələdiyyənin ərazisinə aşağıkılar aiddir:

Bələdiyyənin tam adı[17] VÖEN[18] Bələdiyyə ödəyiciləri üçün vergi kodu[19] Bələdiyyənin statistik kodu[20] Ərazisi (km²)[21] İnzibati ərazi dairəsinin adı İƏD statistik kodu [22] İnzibati ərazi vahidinin adı İƏV statistik kodu[22]
Ağdam rayonunun Çəmənli bələdiyyəsi[3] 3200044891 3202 60922007 34,73 Çəmənli kənd iəd 60922005 Çəmənli kəndi 60922018
Sarıcalı kəndi 60922038
Şükürağalı kəndi 60922028

2025-ci ilə olan məlumata görə bələdiyyənin ərazisi 34,73 m², əhalisinin sayı 6058 nəfər, təsərrüfat sayı isə 1533-dür.

Bələdiyyə ilə bağlı digər məlumatlar

redaktə

2024-cü il üçün bu Bələdiyyə öz gəlirlərinə görə Ağdamın ən zəngin bələdiyyəsi olub.

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna[10] əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi[11] və Qarabağ Regional Ədliyyə İdarəsi[23] vasitəsilə həyata keçirir.

"Bələdiyyə qulluğu haqqında" Qanuna[24] uyğun olaraq, Bələdiyyədə mühasib və digər bələdiyyə qulluqçuları fəaliyyət göstərir.

Bələdiyyə sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir[25].

Ağdam rayon icra hakimiyyətinin məlumatına əsasın 2025-ci il yanvar ayı üçün Bələdiyyə ərazisində 1533 ev təsərrüfatı fəaliyyət göstərməklə, 6058 nəfər yaşayır[21].

İstinadlar

redaktə
  1. ↑ Məsul şəxs
  2. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında Qanun". e-qanun.az (az.). İstifadə tarixi: 2025-07-07.
  3. ↑ 1 2 3 4 Hüquqi Aktların Dövlət Reyestri. "Ağdam rayonunun Çəmənli bələdiyyəsinin Nizamnaməsi". e-qanun.az (az.). İstifadə tarixi: 2025-05-29.
  4. ↑ Hüquqi Aktların Dövlət Reyestri. ""Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Qanun". e-qanun.az (az.). İstifadə tarixi: 2024-11-27.
  5. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Qanun". e-qanun.az (az.). 2024-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-18.
  6. ↑ Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. "Bələdiyyələrlə iş baş idarəsi". www.justice.gov.az. İstifadə tarixi: 2025-03-18.
  7. ↑ 1 2 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. "Regional ədliyyə idarələri". www.justice.gov.az. 2025-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-18.
  8. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi barədə Qanun". e-qanun.az (az.). 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-17.
  9. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Azərbaycan Respublikasının bəzi rayonlarının ərazisində bələdiyyələrin təşkil edilməsi haqqında Qanun". e-qanun.az (az.). 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
  10. ↑ 1 2 Hüquqi Aktların Dövlət Reyestri. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Qanun". e-qanun.az (az.). 2024-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-18.
  11. ↑ 1 2 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. "Bələdiyyələrlə iş baş idarəsi". www.justice.gov.az. İstifadə tarixi: 2025-03-18.
  12. ↑ Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi. ""Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə – "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə Qanun". president.az (az.). İstifadə tarixi: 2024-11-27.
  13. ↑ Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi. "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Qanun". president.az (az.). İstifadə tarixi: 2024-11-27.
  14. ↑ Hüquqi Aktların Dövlət Reyestri. ""Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə Qanun". e-qanun.az (az.). İstifadə tarixi: 2024-11-27.
  15. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Qanun, № 50-VIIQ". e-qanun.az (az.). İstifadə tarixi: 2024-11-27.
  16. ↑ Xındırıstan, Bələdiyyəsi. ""Bələdiyyələrlə iş" elektron informasiya sistemi".
  17. ↑ Hüquqi Aktların Dövlət Reyestri. ""Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə Qanun". e-qanun.az (az.). 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-29.
  18. ↑ VÖEN üzrə Axtarış, Dövlət Vergi Xidməti. "https://new.e-taxes.gov.az/etaxes/taxpayer-info". new.e-taxes.gov.az (az.). 2025-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-05-30.
  19. ↑ TAXES.GOV.AZ. "Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxslərin uçota alınması üçün bələdiyyələr üzrə müəyyən edilmiş kodların siyahısı". Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxslərin uçota alınması üçün bələdiyyələr üzrə müəyyən edilmiş kodların siyahısı - Taxes.Gov.Az (az.). 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
  20. ↑ "BƏLƏDİYYƏLƏRİN STATİSTİK ƏRAZİ TƏSNİFATI, 2015" (PDF). www.stat.gov.az. 27.10.2025. 2022-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-11-04. (#first_missing_last)
  21. ↑ 1 2 Ağdam rayon İcra Hakimiyyətinin rəsmi saytı. "Ağdam bələdiyyələri haqqında statistik məlumatlar". agdam-ih.gov.az.
  22. ↑ 1 2 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi,, Kollegiyasının 16.02.2024-cü il tarixli 2/2 nömrəli Qərarı. "Azərbaycan Respublikasının İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2024" (PDF). www.stat.gov.az. 16.02.2024.
  23. ↑ Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. "Regional ədliyyə idarələri". www.justice.gov.az. 2025-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-18.
  24. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Bələdiyyə qulluğu haqqında Qanun". e-qanun.az (az.). 2024-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-18.
  25. ↑ Bələdiyyələrlə iş portalı, Ağdam bələdiyyələri. https://belediyye.gov.az/70 (#bare_url_missing_title).[ölü keçid]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çəmənli_bələdiyyəsi&oldid=8251262"
LOVE.AZ