. Love.az

Cingiz Sadiqov - Wikipedia - Love.az

Ana Səhifə - Cingiz Sadiqov

Çingiz Hacı oğlu Sadıqov (5 aprel 1929, Bakı – 30 dekabr 2017[1], San-Fransisko, Kaliforniya) — pianoçu, Azərbaycan SSR xalq artisti (1987), Bakı Musiqi Akademiyasının professoru (1991–1994)

Çingiz Sadıqov
Ümumi məlumatlar
Doğum tarixi 5 aprel 1929
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi 30 dekabr 2017 (88 yaşında)
Vəfat yeri San-Fransisko, ABŞ
Dəfn yeri
  • II Fəxri Xiyaban
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
ABŞ ABŞ
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti pianoçu
Musiqi aləti fortepiano
Təhsili
  • Moskva Dövlət Konservatoriyası,
  • Bakı Musiqi Akademiyası
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19871987 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1959
"Şöhrət" ordeni — 20092009 "Əməkdə fərqlənməyə görə" medalı — 19591959

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 Filmoqrafiya
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Çingiz Sadıqov 1929-cu il aprelin 5-də Bakıda anadan olmuşdur. İlk təhsilini 1939–1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda almışdır. 1939–1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində (X), 1951–1953-cü illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil almışdır.

1953–1971-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 1971–1981-ci illərdə 16 saylı Bakı musiqi məktəbinin direktoru, 1981–1990-cı illərdə "Azkonsert" yaradıcılıq birliyinin bədii rəhbəri, 1973–1976-cı illərdə Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, 1983–1986-cı illərdə mədəniyyət və turizm nazirinin məsləhətçisi, 1991–1994-cü illərdə Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərmişdir.

Məşhur Azərbaycan muğənniləri Rəşid Behbudov, Bülbül, Mobil Əhmədov, Mirzə Babayev, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalarla işləmiş, onları royalda müşayiət etmişdir.

1994-cü ildən ABŞ-də San-Fransisko şəhərində yaşayırdı. Amerikanın 40-a yaxın şəhərində konsertləri təşkil olunmuşdur.

Sadıqovun 80 illik yubileyi münasibətilə ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelosi ona təbrik məktubu göndərmişdir.[mənbə göstərilməlidir]

Çingiz Sadıqov 30 dekabr 2017-ci ildə Amerikada vəfat etmişdir.[2]

Mükafatları

redaktə
  • "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 10 iyun 1959
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 30 dekabr 1987
  • "Şöhrət" ordeni — 28 oktyabr 2009

Filmoqrafiya

redaktə
  • Onu bağışlamaq olarmı? (film, 1959)
  • Gülağa Məmmədov (film, 2002)
  • Çingiz Sadıqov (film, 2006)
  • Memar (film, 2006)
  • Maqomayev (teleserial, 2020)

İstinadlar

redaktə
  1. ↑ Chingiz Sadykhov // Discogs (ing.). 2000.
  2. ↑ "Azərbaycanın görkəmli musiqiçisi, pianoçu Çingiz Sadıqov vəfat edib". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çingiz_Sadıqov&oldid=8254840"
LOVE.AZ