İş-Sak-Kuk (mayya. Ix Sak K’uk; bilinmir, Palenke – 12 sentyabr 640) — Mayya şəhər-dövləti Palenkenin kraliçası. Pakalın anası. Oğlu həddi-buluğa çatana qədər Palenkeni idarə etmişdir.
İş-Sak-Kuk | |
---|---|
mayya. Ix Sak K’uk | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Doğum yeri | |
Vəfat tarixi | 12 sentyabr 640(0640-09-12) |
Fəaliyyəti | hökmdar[d] |
Uşağı | |
![]() |
Adının mənası "Möhtəşəm ketzal"dır.[1] "Atası Xanab-Pakaldır. Anasının İş-Yol-İknal olduğu güman edilir.[2] Ax-Neol-Matanın bacısıdır. Atasının varisi olmadığı üçün 22 oktyabr 612-ci ildə[3] Palenke kraliçası elan olunmuşdur. Tse-Mat-Muvan hakimiyyəti dövründə onun rəqibi idi və oğlunu varis kimi irəli sürürdü. Oğlu Kiniç Xanab Pakal taxta çıxdıqdan sonra da hakimiyyətini qorumuşdur. Pakalın uşaqlıq illərində isə regent kimi çıxış edirdi.[1]