İsmayıl Hüseynbəyovun evi — Şəki şəhərində yerləşən 1911-ci ilə aid tarixi-memarlıq abidəsi.
İsmayıl Hüseynbəyovun evi | |
---|---|
![]() | |
![]() | |
41°12′13″ şm. e. 47°11′57″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Şəhər | Şəki |
Yerləşir | M.F.Axundzadə prospekti, 4 |
Aidiyyatı | Yuxarı-Baş Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | 1911 |
Vəziyyəti | stabil |
Rəsmi adı: Historic Centre of Sheki with the Khan’s Palace | |
Tipi | Mədəni |
Kriteriya | ii, v |
Təyin edilib | 2019 |
İstinad nöm. | 1549 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 4996-18 |
Kateqoriya | Bina |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
![]() |
Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2021-ci ildə verdiyi 338 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
İsmayıl Hüseynbəyovun evi 1911-ci ildə Şəki şəhərində tikilib.[1] Sovet işğalında sonra bina müsadirə olunub.[2]
2001-ci ildən binanın yerləşdiyi Şəki şəhərinin tarixi hissəsi UNESCO-nun Ümumdünya İrsi siyahısına namizəd seçilib. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.[3] Qərar Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul olunub.[4]
Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2021-ci ildə verdiyi 338 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[5]
Hazırda binanın birinci mərtəbəsində olan 2 otaqda Səməd Vurğun adına 1 saylı kitabxananın filialı fəaliyyət göstərir.[1][6]
Milli memarlıq üslubunda tikilən bina, Qurcana çayının sol sahilində, bişmiş kərpic və çay daşlarından inşa olunub. Ümumi sahəsi 227,3 kvadrat metrdir.[1] Binanın ön fasadında sağ pəncərənin üst hissəsinsə onun tikilmə tarixi bişmiş kərpiclə həkk olunub. Binanın eyvanlarından biri ön fasadda, digəri isə yan fasadda yerləşir. Eyvanlar dairəvi en kəsikli, kapiteli və bazası olan yonma taxta sütunlardan yığılıb. Sütun araları metal məhəccərlərlə, məhəccərlərin üstü isə taxtadan işlənib. İkimərtəbəli olan bina yan-yana yerləşən altı otaqdan ibarətdir. Qışda binaların qızdırılmasında divar peçlərindən istifadə olunub.[1]