. Love.az

Eli Bey Hacielibeyov - Wikipedia - Love.az

Ana Səhifə - Eli Bey Hacielibeyov
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur.
Lütfən, əlaqəli məqalələrdən bu səhifəyə keçid verməyə çalışın. (fevral 2023)

Əli bəy İsmayıl bəy oğlu Hacıəlibəyov — Gəncə şəhərinin polismeysteri, Gəncə üsyanının iştirakçısı.[1][2]

Əli bəy Hacıəlibəyov
Əli bəy İsmayıl bəy oğlu Hacıəlibəyov
Gəncə şəhər Polismeysterliyii
6 may 1919 – 30 aprel 1920
Əvvəlkiİsmayıl bəy Hacıəlibəyov
Sonrakıləğv olunub
Şəxsi məlumatlar
Doğum tarixi 1880
Doğum yeri Gəncə, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1939
Vəfat səbəbi repressiya
Atası İsmayıl bəy Hacıəlibəyov

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Ölümü
  • 4 Həmçinin bax
  • 5 İstinadlar

Həyatı

redaktə

Əli bəy İsmayıl bəy oğlu Hacıəlibəyov 1880-ci ildə Gəncədə hərbçi ailəsində anadan olmuşdu. Atası İsmayıl bəy çar ordusunda xidmət etmiş, poruçik rütbəsinə qədər yüksəlmişdir. Əli bəy Gəncə gimnaziyasını bitirmiş, sonra isə Tiflisdə hərbi məktəbə daxil olmuşdur.[1]

Əli bəy Hacıəlibəyov məşhur Hacıəlibəyovlar nəslinin nümayəndəsidir.

Fəaliyyəti

redaktə

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə şəhər polisində pristav və polismeyster köməkçisi vəzifələrində çalışmışdı. Sonra o, 1919–1920-ci illərdə Gəncə şəhərinin polismeysteri vəzifəsində xidmət göstərmişdi. Əli bəy Hacıəlibəyovun rəisliyi zamanı polismeysterliyin ştatları onun böyük köməkçisindən (1-ci müavini) və köməkçisindən (müavini), katibdən və onun köməkçisindən, mühasib, qeydiyyatçı (həm də arxivarius) və tərcüməçidən ibarət idi. Əli bəy Hacıəlibəyov Xudadat bəy Rəfibəylinin (1877–1920) Gəncənin general-qubernatoru olduğu dövrdə (6 may 1919–30 aprel 1920) polismeyster vəzifəsində çalışmışdı. O, ictimai asayişin mühafizəsində, cinayətkarlıq və onun ayrı-ayrı növləri ilə mübarizədə qətiyyətli fəaliyyət göstərdiyi üçün qubernator tərəfindən dəfələrlə təltif edilmişdir. Əli bəy Hacıəlibəyov Gəncə üsyanının (24 may — 4 iyun 1920-ci il) fəal iştirakçısı idi.

Ölümü

redaktə

Əli bəy Hacıəlibəyov Stalinin Böyük təmizləmə prosesi zamanı həyatını itirənlərdən biri olmuşdur. O, 1939-cu ildə həyatını itirmişdir.[1]

Həmçinin bax

redaktə
  • Hacıəlibəyovlar

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri — Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918–1920 Bakı – Mütərcim – 2013
  2. ↑ "Azərbaycan Xalq Cümhuriyyəti – 100" (PDF). anl.az. 2021-12-07 tarixində arxivləşdirilib (PDF).
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əli_bəy_Hacıəlibəyov&oldid=7797854"
LOVE.AZ