Əsmət Bəyim (vəfatı: 1621) – Böyük Moğol imperiyasının baş vəziri Mirzə Qiyas Bəyin həyat yoldaşı, imperator Cahangirin sevimli xanımı və siyasi nüfuza malik olan Nur Cahanın anası idi.[1] Eyni zamanda, o, imperator Mümtaz Mahalın (Tac Mahal onun xatirəsinə inşa olunmuşdur) atası tərəfdən nənəsi olmuşdur.
Əsmət bəyim | |
---|---|
Doğum tarixi | XVI əsr |
Vəfat tarixi | 10 oktyabr 1621(1621-10-10) |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı |
Əsmət Bəyim Ağa Molla nəslinə mənsub olan Mirzə Əlaüddövlə Ağa Mollanın qızı idi.[2][3] O, bilikli, mədəni və müdrik bir qadın kimi tanınırdı.[4] Onun qardaşı İbrahim Xan, imperator Cahangirin dövründə Benqal valisi vəzifəsində çalışmışdır.[5]
Əsmət Bəyim Tehranlı nüfuzlu fars əyanı Xacə Məhəmməd-Şərifin kiçik oğlu Mirzə Qiyas Bəy ilə evlənmişdir.[6][7] Onların yeddi övladı olmuşdur: Məhəmməd Şərif, İbrahim Xan Fəthi-Cəng, Etiqad Xan, Manica Bəyim, Əsəf Xan, Sahliyyə və Mehr-ən-Nisə (sonralar imperatriçə Nur Cahan).[8]
1576-cı ildə ailə Səfəvilər dövllətinin hüdudlarını tərk etmək məcburiyyətində qalmış və Əkbər Şahın himayəsində Aqraya köçmüşdür.[3] Mirzə Qiyas Bəy Əkbər və Cahangirin dövründə yüksək vəzifələrə yüksəlmiş və “Etimadüd-Dövlə” (“Dövlətin dayağı”) titulunu almışdır.[9] 1607-ci ildə maliyyə maxinasiyalarında ittiham olunaraq nüfuzunu müvəqqəti itirsə də, 1611-ci ildə qızı Mehr-ən-Nisə imperator Cahangir ilə evlənərək ailənin siyasi nüfuzunu bərpa etmişdir.[10][11]
Mehr ən-Nissa (sonralar Nur Cahan) Cahangirin ən nüfuzlu həyat yoldaşına çevrildi və imperiyanın faktiki idarəçisinə çevrildi.[10][12] Onun rəhbərliyi ilə “xüsusi çevrə” (xunta) formalaşdı. Əsmət Bəyim bu siyasi çevrənin mənəvi dayağı və ailə içindəki məsləhətçi qadın fiquru kimi tanınırdı.[13][14] O, həmçinin “Cahangiri ətiri” adlanan məşhur gül ətirinin yaradıcısı sayılır.[15]
Əsmət Bəyim 1621-ci ilin oktyabrında Aqra şəhərində vəfat etmişdir.[16] Cahangir onu “zəmanəsinin ən saf qəlbli, müdrik və dəyərli qadını” adlandırmışdır.[17] Onun vəfatından bir neçə ay sonra, yanvar 1622-ci ildə həyat yoldaşı Mirzə Qiyas Bəy də dünyasını dəyişmişdir. Hər iki şəxs Etimadüd-Dövlə türbəsində dəfn olunmuşdur. Bu türbə onların qızı Nur Cahan tərəfindən tikdirilmişdir.[18][19]
Əsmət Bəyim, Uşa Conun Naməlum aşiq və digər hekayələr (1961) adlı kitabında obraz kimi yer almışdır.
İndu Sundaresanin İyirminci arvad (2002) və Gül bayramı (2003) əsərlərində əsas personajlardan biridir.
Tanuşri Podderin Nur Cahanın qızı (2005) əsərində əsas obraz kimi təqdim olunmuşdur.
Suparna Marvah, Siyasət teleserialında Əsmət Bəyimi canlandırmışdır.