. Love.az

Esmet Beyim - Wikipedia - Love.az

Ana Səhifə - Esmet Beyim

Əsmət Bəyim (vəfatı: 1621) – Böyük Moğol imperiyasının baş vəziri Mirzə Qiyas Bəyin həyat yoldaşı, imperator Cahangirin sevimli xanımı və siyasi nüfuza malik olan Nur Cahanın anası idi.[1] Eyni zamanda, o, imperator Mümtaz Mahalın (Tac Mahal onun xatirəsinə inşa olunmuşdur) atası tərəfdən nənəsi olmuşdur.

Əsmət bəyim
Doğum tarixi XVI əsr
Vəfat tarixi 10 oktyabr 1621(1621-10-10)
Vəfat yeri
  • Aqra, Böyük Moğol imperiyası
Dəfn yeri
  • Aqra
Həyat yoldaşı
  • Mirzə Qiyas bəy

Mündəricat

  • 1 Ailəsi
  • 2 Evliliyi
  • 3 Moğol sarayında siyasi rolu
  • 4 Ölümü
  • 5 Populyar mədəniyyətdə
  • 6 İstinadlar

Ailəsi

redaktə

Əsmət Bəyim Ağa Molla nəslinə mənsub olan Mirzə Əlaüddövlə Ağa Mollanın qızı idi.[2][3] O, bilikli, mədəni və müdrik bir qadın kimi tanınırdı.[4] Onun qardaşı İbrahim Xan, imperator Cahangirin dövründə Benqal valisi vəzifəsində çalışmışdır.[5]

Evliliyi

redaktə

Əsmət Bəyim Tehranlı nüfuzlu fars əyanı Xacə Məhəmməd-Şərifin kiçik oğlu Mirzə Qiyas Bəy ilə evlənmişdir.[6][7] Onların yeddi övladı olmuşdur: Məhəmməd Şərif, İbrahim Xan Fəthi-Cəng, Etiqad Xan, Manica Bəyim, Əsəf Xan, Sahliyyə və Mehr-ən-Nisə (sonralar imperatriçə Nur Cahan).[8]

1576-cı ildə ailə Səfəvilər dövllətinin hüdudlarını tərk etmək məcburiyyətində qalmış və Əkbər Şahın himayəsində Aqraya köçmüşdür.[3] Mirzə Qiyas Bəy Əkbər və Cahangirin dövründə yüksək vəzifələrə yüksəlmiş və “Etimadüd-Dövlə” (“Dövlətin dayağı”) titulunu almışdır.[9] 1607-ci ildə maliyyə maxinasiyalarında ittiham olunaraq nüfuzunu müvəqqəti itirsə də, 1611-ci ildə qızı Mehr-ən-Nisə imperator Cahangir ilə evlənərək ailənin siyasi nüfuzunu bərpa etmişdir.[10][11]

Moğol sarayında siyasi rolu

redaktə

Mehr ən-Nissa (sonralar Nur Cahan) Cahangirin ən nüfuzlu həyat yoldaşına çevrildi və imperiyanın faktiki idarəçisinə çevrildi.[10][12] Onun rəhbərliyi ilə “xüsusi çevrə” (xunta) formalaşdı. Əsmət Bəyim bu siyasi çevrənin mənəvi dayağı və ailə içindəki məsləhətçi qadın fiquru kimi tanınırdı.[13][14] O, həmçinin “Cahangiri ətiri” adlanan məşhur gül ətirinin yaradıcısı sayılır.[15]

Ölümü

redaktə
 
Əsmət Bəyim və Mirzə Qiyas Bəyin məqbərələri.

Əsmət Bəyim 1621-ci ilin oktyabrında Aqra şəhərində vəfat etmişdir.[16] Cahangir onu “zəmanəsinin ən saf qəlbli, müdrik və dəyərli qadını” adlandırmışdır.[17] Onun vəfatından bir neçə ay sonra, yanvar 1622-ci ildə həyat yoldaşı Mirzə Qiyas Bəy də dünyasını dəyişmişdir. Hər iki şəxs Etimadüd-Dövlə türbəsində dəfn olunmuşdur. Bu türbə onların qızı Nur Cahan tərəfindən tikdirilmişdir.[18][19]

Populyar mədəniyyətdə

redaktə

Əsmət Bəyim, Uşa Conun Naməlum aşiq və digər hekayələr (1961) adlı kitabında obraz kimi yer almışdır.

İndu Sundaresanin İyirminci arvad (2002) və Gül bayramı (2003) əsərlərində əsas personajlardan biridir.

Tanuşri Podderin Nur Cahanın qızı (2005) əsərində əsas obraz kimi təqdim olunmuşdur.

Suparna Marvah, Siyasət teleserialında Əsmət Bəyimi canlandırmışdır.

İstinadlar

redaktə
  1. ↑ Thackeray, Frank W.; Findling, John E., redaktorlar Events that formed the modern world: from the European Renaissance through the War on Terror. Santa Barbara, Calif.: ABC-CLIO. 2012. səh. 254. ISBN 9781598849011.
  2. ↑ Shujauddin, Mohammad; Shujauddin, Razia. The Life and Times of Noor Jahan. Caravan Book House. 1967. səh. 1.
  3. ↑ 1 2 Banks Findley, Ellison (11 February 1993). Nur Jahan: Empress of Mughal India. Oxford, UK: Nur Jahan : Empress of Mughal India. ISBN 9780195074888. p. 9
  4. ↑ Nath, Renuka. Notable Mughal and Hindu women in the 16th and 17th centuries A.D. Inter-India Publ. 1990. səh. 66. ISBN 9788121002417.
  5. ↑ Banks Findley, 1993. səh. 180
  6. ↑ Nadiem, Ihsan H. Gardens of Mughal Lahore. Sang-e-Meel Publications. 2005. səh. 71.
  7. ↑ Latif, Syad Muhammad. Lahore: Its History, Architectural Remains and Antiquities. New Imperial Press. 1892. səh. 104.
  8. ↑ Koch, Ebba; Losty, JP. "The Riverside Mansions and Tombs of Agra" (PDF).
  9. ↑ Banks Findley, 1993. səh. 24
  10. ↑ 1 2 Banks Findley, 1993. səh. 3
  11. ↑ Banks Findley, 1993. səh. 44
  12. ↑ Banks Findley, 1993. səh. 48
  13. ↑ Ellison Banks Findly. "Religious Resources for Secular Power: The Case of Nur Jahan". The Colby Library Quarterly. 25 (3). 1989: 143.
  14. ↑ Hansen, Waldemar. The Peacock Throne. Motilal Banarsidass. 1972. səh. 44.
  15. ↑ Bashir, Hassan; Gray, Phillip W. Deconstructing Global Citizenship. Lexington Books. 2015. səh. 244. ISBN 9781498502597.
  16. ↑ Banks Findley, 1993. səh. 291
  17. ↑ Banks Findley, 1993. səh. 165
  18. ↑ Ruggles, D. Fairchild. Islamic gardens and landscapes. University of Pennsylvania Press. 2008. səh. 100.
  19. ↑ Asher, Catherine B. The New Cambridge History of India. Cambridge University Press. 1992. səh. 130.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əsmət_bəyim&oldid=8237281"
LOVE.AZ