Akif Səməndər oğlu Pirverdiyev — Azərbaycan hərbi xadimi, general-mayor (2022), 4-cü Ordu Korpusunun komandiri (2025-ci ildən), Xüsusi Təyinatlı Qüvvələrin sabiq qərargah rəisi və XTQ komandanı vəzifəsini icra edən (2024).
Akif Pirverdiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Rütbəsi |
![]() General-mayor |
Döyüşlər | |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
Akif Səməndər oğlu Pirverdiyev hazırkı Goranboy rayonunun Qaramusalı kəndində anadan olmuşdur. Birinci Qarabağ müharibəsi iştirakçısıdır.[1]
Akif Pirverdiyev 2004-cü ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət etmiş, XTQ komandanının maddi-texniki təminat üzrə müavini, daha sonra isə XTQ-nin qərargah rəisi vəzifəsinə yüksəlmişdir.[1] 2024-cü ilin yanvar ayından iyun ayınadək Xüsusi Təyinatlı Qüvvələr komandanı vəzifəsini müvəqqəti icra etmişdir.[2]
Akif Pirverdiyev polkovnik rütbəsində İkinci Qarabağ müharibəsində iştirak edərək cəbhənin müxtəlif istiqamətlərində döyüşmüşdür. Xüsusi Təyinatlı Qüvvələrin silah, ərzaq və digər təminatı onun rəhbərlik etdiyi bölmələr tərəfindən həyata keçirilmişdir.[1]
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2022-ci il tarixli Sərəncamı ilə Akif Pirverdiyevə general-mayor ali hərbi rütbəsi verilmişdir.[3]
2025-ci ilin aprel ayında Akif Pirverdiyev Azərbaycan Ordusunun 4-cü ordu birliyinin (Bakı Korpusunun) komandiri təyin olunmuşdur.[1]