. Love.az

Azerbaycan 2022 Qis Olimpiya Oyunlarinda - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan 2022 Qis Olimpiya Oyunlarinda

Azərbaycan — 2022-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIV Qış Olimpiya Oyunlarında. Azərbaycan XXIV Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 1 idman növündə təmsil olundu.

Azərbaycan
2022 Qış Olimpiya Oyunlarında
BOK KoduAZE
MOKAzərbaycan Milli Olimpiya Komitəsi
İdmançı sayı1 idmançı (1 idman növündə)
BayraqdarVladimir Litvintsev (açılış mərasimi)
Könüllü (bağlanış mərasimi)
Medallar
Yer: —




0 0 0 0
Yay Olimpiya Oyunları
1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016 • 2020 • 2024 • 2028
Qış Olimpiya Oyunları
1994 • 1998 • 2002 • 2006 • 2010 • 2014 • 2018 • 2022 • 2026
Digər əlaqəli oyunlar
SSRİ Sovet İttifaqı (1952—1988)
Beynəlxalq Olimpiya Komitəsi Birləşmiş Komanda (1992)

Nəticələri

redaktə

Fiqurlu konkisürmə

redaktə
Əsas məqalə: Fiqurlu konkisürmə 2022 Qış Olimpiya Oyunlarında
  • Q — növbəti mərhələyə adladı

Bu idman növü üzrə turnirlərdə Azərbaycanı Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil etdi.[1][2]

Bu idman növü üzrə turnir 4-20 fevralda baş tutdu. Kişilərin turnirində çıxış edən Vladimir Litvintsev fevralın 8-də qısa proqramda çıxış etdi. 85.16 balla 30 idmançı sırasında 18-ci pillədə qərarlaşan Vladimir Litvintsev növbəti mərhələyə vəsiqə qazandı. Fevralın 10-da baş tutan sərbəst proqramda Vladimir Litvintsev 80.76 balla mərhələni 24 idmançı sırasında 18-ci pillədə bitirdi. Ümumi nəticədə isə Vladimir Litvintsev 240.20 balla olimpiadanı 18-ci pillədə başa vurdu.[3]

Qadınların turnirində çıxış edən Yekaterina Ryabova fevralın 15-də qısa proqramda çıxış etdi. 62.82 balla 30 idmançı sırasında 16-cı pillədə qərarlaşan Yekaterina Ryabova növbəti mərhələyə vəsiqə qazandı. Fevralın 17-də baş tutan sərbəst proqramda Yekaterina Ryabova 118.16 balla mərhələni 25 idmançı sırasında 15-ci pillədə bitirdi. Ümumi nəticədə isə Yekaterina Ryabova 180.98 balla olimpiadanı 15-ci pillədə başa vurdu.[4]

İdmançı
Yarış
Qısa proqram
Sərbəst proqram
Ümumi
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
Vladimir Litvintsev Kişilər
85.16
18 Q
155.04
18
240.20
18
Yekaterina Ryabova Qadınlar
62.82
16 Q
118.16
15
180.98
15

İstinadlar

redaktə
  1. ↑ Olympedia.org. "VLADİMİR LİTVİNTSEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2023-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. ↑ Olympedia.org. "YEKATERİNA RYABOVA". www.olympedia.org (ingilis). 2022-08-30. 2023-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  3. ↑ Olympedia.org. "2022 Winter Olympics Games / FIGURE SKATING / Singles / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2023-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  4. ↑ Olympedia.org. "2022 Winter Olympics Games / FIGURE SKATING / Singles / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2023-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_2022_Qış_Olimpiya_Oyunlarında&oldid=8155176"
LOVE.AZ