Azərbaycan — 2024-cü ildə Fransanın Paris şəhərində 28 avqust-8 sentyabr tarixlərində baş tutan XVII Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası XVII Yay Paralimpiya Oyunlarında 18 idmançı ilə ilk dəfə 7 idman növündə (parataekvondo, paraatletika, paracüdo, parakamandan oxatma, paragüllə atıcılığı, paraüzgüçülük, parapauerliftinq) təmsil olunub.
Azərbaycan 2024 Yay Paralimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
![]() | |||||||||
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Paralimpiya Komitəsi | ||||||||
İdmançı sayı | 18 idmançı (7 idman növündə) | ||||||||
Bayraqdar | Lamiyə Vəliyeva və İmaməddin Xəlilov (açılış mərasimi) Lamiyə Vəliyeva və Səid Nəcəfzadə (bağlanış mərasimi) | ||||||||
Medallar Yer: — |
| ||||||||
Yay Olimpiya Oyunları | |||||||||
1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016 • 2020 • 2024 | |||||||||
Qış Olimpiya Oyunları | |||||||||
1994 • 1998 • 2002 • 2006 • 2010 • 2014 • 2018 • 2022 |
Açılış mərasimində bayraqdarlar paraatlet Lamiyə Vəliyeva və parataekvondoçu İmaməddin Xəlilov, bağlanış mərasimində isə paraatletlər Lamiyə Vəliyeva ilə Səid Nəcəfzadə olub.
XVII Yay Paralimpiya Oyunları "İctimai TV" vasitəsilə ölkə teleməkanında ilk dəfə canlı yayımlanıb.[1]
Azərbaycan Milli Paralimpiya Komandası XVII Yay Paralimpiya Oyunlarını 11 medalla (4 qızıl, 2 gümüş və 5 bürünc) başa vurub. Milli komandanın heyətində paraatletlər Səid Nəcəfzadə, Lamiyə Vəliyeva, Orxan Aslanov və parataekvondoçu İmaməddin Xəlilov qızıl medal qazanıblar.
Gümüş medalları paraüzgüçü Raman Salei (S12, 100 metr məsafəyə arxası üstə) və paraatlet Lamiyə Vəliyeva (T13, 400 metr qaçış) qazanıblar.
Bürünc medalları parataekvondoçu Sabir Zeynalov (K44, 58 kq), paraüzgüçü Raman Salei (S12, 100 metr məsafəyə sərbəst), (S12, 100 metr məsafəyə kəpənək), paraüzgüçü Vəli İsrafilov (SB13, 100 metr məsafəyə brass (qurbağa) və paracüdoçu lham Zəkiyev (J1, +90 kq) qazanıblar.[2]
Paraatlet Lamiyə Vəliyeva T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda qızıl medal qazanmaqla yanaşı, yeni dünya rekordu (11.76 saniyə) müəyyənləşdirib.[3]
Sabir Zeynalov parataekvondo idman növündə ölkəmizə ilk Paralimpiya medalını, İmaməddin Xəlilov isə parataekvondo üzrə Paralimpiya çempionu olan ilk azərbaycanlı paralimpiyaçı kimi tarixə düşüb. Paris-2024 Yay Paralimpiya Oyunlarında 3 parataekvondoçu ilə təmsil olunan kişilərdən ibarət milli komandamız 1 qızıl və 1 bürünc medal ilə yekun sıralamada 52 ölkə arasında ikinci pilləni tutub.[4]
Paratletika üzrə milli komandamız 3 qızıl və 1 gümüş medal qazanaraq paraatletika yarışlarında çıxış edən 151 ölkə arasında yekun sıralamada 19-cu olub.[5]
Milli Paralimpiya komandamız ümumi medal sıralamasında 169 ölkə arasında 28-ci pillədə qərarlaşıb. Milli komandamız Qafqaz ölkələri arasında 1-ci, türkdilli ölkələr arasında 3-cü, postsovet ölkələri arasında 3-cü və müsəlman ölkələri arasında 6-cı olub.
|
İdman növləri üzrə medal sıralanması
İdmançılar üzrə medal sıralanması
|
Paris Paralimpiadasında atıcılıq idman növü üzrə turnirlər 30 avqust-5 sentyabrda baş tutacaq. Azərbaycanı bu idman növü üzrə Kamran Zeynalovun təmsil eləməsi nəzərdə tutulub. Kamran Zeynalov 2023-cü ilin sentyabrında Peruda baş tutan Dünya Çempionatının nəticələrinə əsasən lisenziyalara sahib oldu.[6]
Kamran Zeynalov | 50 m., tapança, SH1 |
Paris Paralimpiadasında üzgüçülərin idman növü üzrə turnirlər 28 avqust-7 sentyabrda baş tutacaq. Azərbaycanı bu idman növü üzrə Roman Saleh və Vəli İsrafilovun təmsil eləməsi nəzərdə tutulub. Roman Saleh[7][8] və Vəli İsrafilov[9] 2023-cü ilin avqustunda İngiltərədə baş tutan Dünya Çempionatının nəticələrinə əsasən lisenziyalara sahib oldu.
Roman Saleh | 100 m., sərbəst | ||||
100 m., arxası üstə | |||||
Vəli İsrafilov | 100 m., brass | ||||
Könül Süleymanova |
Paris Paralimpiadasında bu idman növü üzrə turnirlər 7-10 avqustda baş tutacaq. Azərbaycanı bu idman növü üzrə Sabir Zeynalov, İmaməddin Xəlilov və Əbülfəz Abuzərli təmsil eləməsi nəzərdə tutulub. Sabir Zeynalov, İmaməddin Xəlilov və Əbülfəz Abuzərli 2024-cü ilin yanvarında WPTF reytinq cədvəlinin nəticələrinə əsasən lisenziyalara sahib oldu.[10]
Sabir Zeynalov | -58 Kq. | |||||||
İmaməddin Xəlilov | -70 Kq. | |||||||
Əbülfəz Abuzərli | -80 Kq. |
Paris Paralimpiadasında yüngül atletlərin idman növü üzrə turnirlər 30 avqust-8 sentyabrda baş tutacaq. Azərbaycanı bu idman növü üzrə Səid Nəcəfzadə, Oloxan Musayev, Orxan Aslanov və Lamiyə Vəliyevanın təmsil eləməsi nəzərdə tutulub.
Oloxan Musayev[11], Lamiyə Vəliyeva[12][13], Səid Nəcəfzadə[14] və Orxan Aslanov[15] 2023-cü ilin iyulunda Fransada baş tutan Dünya Çempionatının nəticələrinə əsasən lisenziyalara sahib oldu.
Səid Nəcəfzadə | Uzunluğa tullanma, T12 | ||||
Orxan Aslanov | Uzunluğa tullanma, T13 | ||||
Oloxan Musayev | Nüvə itələmə, F55 | ||||
Lamiyə Vəliyeva | 100 m., T13 | ||||
400 m., T13 |