. Love.az

Azerbaycan Ssr Genclerin Emekdar Hami Terbiyecisi - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Ssr Genclerin Emekdar Hami Terbiyecisi

Azərbaycan SSR gənclərin əməkdar hami tərbiyəçisi (azərb-kiril. Азәрбајҹан ССР ҝәнҹләрин әмәкдар һами тәрбијәчиси) — Azərbaycan SSR-də gənclərin tərbiyəsi sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad.

Azərbaycan SSR gənclərin əməkdar hami tərbiyəçisi
Азәрбајҹан ССР ҝәнҹләрин әмәкдар һами тәрбијәчиси

Ölkə Azərbaycan Azərbaycan SSR
Tip fəxri ad
Təltif edir
  • Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti (1980–1990),
  • Azərbaycan SSR Prezidenti (1990–1991),
  • Azərbaycan Respublikasının Prezidenti (1991–)
Status verilmir
Statistika
Təsis tarixi 12 avqust 1980
Ləğv tarixi 5 fevral 1991

Tarixi və əsasnaməsi

redaktə

"Azərbaycan SSR gənclərin əməkdar hami tərbiyəçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 12 avqust 1980-ci il tarixli Fərmanı ilə təsis olunmuşdur.[1]

Əsasnaməyə əsasən fəxri ad Azərbaycan SSR-də öz çoxillik istehsalat təcrübəsini gənclərə öyrədən, oğlan və qızlara peşə təlimi verən, onlarda əməyə kommunist münasibəti, kommunizm qurucusunun ideya və əxlaq keyfiyyətlərini tərbiyə edən və ictimai həyatda fəal iştirak edən yüksək ixtisaslı fəhlələrə, kolxozçulara, müəssisə, kolxoz, sovxoz, idarə və təşkilatlarının qulluqçularına verilirdi.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 «Азәрбајҹан ССР ҝәнҹләрин әмәкдар һами тәрбијәчиси» фәхри адынын мүәјјән едилмәси һаггында Азәрбайҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин Фәрманы // Коммунист. № 186 (17522). 13 август 1980-ҹи ил. С. 2.

Həmçinin bax

redaktə
  • Azərbaycan SSR əməkdar texniki peşə təhsili ustası
  • Azərbaycan SSR əməkdar ali məktəb işçisi
  • Azərbaycanın fəxri adları
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_SSR_gənclərin_əməkdar_hami_tərbiyəçisi&oldid=6389013"
LOVE.AZ