Azlıq hesabatı və ya Xüsusi fikir (ing. Minority Report) — Filip Dikin eyniadlı qısa hekayəsi əsasında çəkilmiş ABŞ istehsalı olan elmi fantastika filmi.
Azlıq hesabatı | |
---|---|
ing. Minority Report | |
Janr | elmi-fantastika filmi[4][5][…], döyüş filmi[6][4][…], antiutopiya filmi[d], triller filmi, ədəbi əsər ekranlaşdırılması[d] |
Rejissor | |
Prodüserlər |
|
Ssenari müəllifləri |
|
Əsaslanır | Filip Dikin “Azlıq hesabatı” adlı qısa hekayəsi |
Baş rollarda | |
Operator | |
Bəstəkar | |
İstehsalçı |
|
Distribütor | |
İlk baxış tarixi | 17 iyun 2002[14][15], 3 oktyabr 2002[16], 21 iyun 2002[15] |
Müddət | 145 dəqiqə[3] |
Büdcə | 102.000.000 $[17] |
Gəlir | 358.372.926 $[18], 132.072.926 $[19] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli[d] |
Çəkiliş yeri | Los-Anceles, Florida |
IMDb | ID0181689 |
![]() |
Rejissoru Stiven Spilberq olan bu film, 2002-ci ildə çəkilmiş Amerika elmi fantastika filmidir. Filmdə baş rolları Tom Kruz, Kolin Farrel, Samanta Morton, Ketrin Morris və Maks fon Südov kimi məşhur aktyorlar ifa etmişdir. Bu filmin büdcəsi 180 milyon ABŞ dolları olmuşdur.
Aktyor | Rol |
---|---|
Tom Kruz | Con Enderton Con Enderton |
Maks fon Südov | Lamar Bercess Lamar Bercess |
Kolin Farrel | Denni Uitver Denni Uitver |
Samanta Morton | Aqata Aqata |
Stiv Harris | Ced Ced |
Peter Stormare | Eddi Solomon doktor Eddi Solomon |
Patrik Kilpatrik | Nott Nott |
Nil Makdonaf | Qordon Fletçer Qordon Fletçer |
Lois Smit | Ayris Hineman doktor Ayris Hineman |
Mayk Binder | Leo Krou Leo Krou |
Ketrin Morris | Lara Enderton Lara Enderton |
Coel Qretç | Donald Dubin Donald Dubin |
Frenk Qrillo | polis əməkdaşı cinayətlərin qarşısının alınması bölməsi |
Klea Skott | polis əməkdaşı cinayətlərin qarşısının alınması bölməsi |
Uilyam Meypoter | otel işçisi otel işçisi |
Mütəxəssislərin fikrincə, film görüntülərin tanınması texnologiyasının inkişafını və onun şəxsi azadlıq üçün yaratdığı təhlükələri dəqiq şəkildə əvvəlcədən göstərmişdir.[20]
Rocer Ebert filmi "şah əsər" (şedevr) adlandırmış və qeyd etmişdir ki, həmin dövrün əksər rejissorları texnologiyalara arxalandığı halda, Spilberq artıq onlara çoxdan yiyələnmişdi və əsas diqqətini "süjet və xarakter"ə yönəldirdi. Texnologiyalardan isə sadəcə "bir ustanın öz alətlərindən istifadə etdiyi kimi" istifadə edirdi.
Vikianbarda Azlıq hesabatı ilə əlaqəli mediafayllar var. |