. Love.az

Bext Uzuyu - Wikipedia - Love.az

Ana Səhifə - Bext Uzuyu

Bəxt üzüyü tammetrajlı bədii filmi rejissor Ramiz Əzizbəyli[1] tərəfindən 1991-ci ildə ekranlaşdırılmışdır. "Qara Qayafilm" studiyasında istehsal edilmişdir. Film Saranın (Gülşad Baxşıyeva) bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulmuşdur.[2] Əsas rolları Afaq Bəşirqızı, Valeh Kərimov, Gülşad Baxşıyeva, Ayşad Məmmədov, Firəngiz Rəhimbəyli, Nəsir Sadıqzadə və Rəfael Dadaşov ifa edirlər. 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival müsabiqəsində quruluşçu rejissor Ramiz Əzizbəyliyə tamaşaçı rəğbətinə görə Mükafat verilmişdir.

Bəxt üzüyü
Janr komediya
Rejissor Ramiz Əzizbəyli
Əsərin müəllifi Vaqif Səmədoğlu
Ssenari müəllifləri Ramiz Əzizbəyli
Vaqif Səmədoğlu
Orxan Fikrətoğlu
Baş rollarda Afaq Bəşirqızı
Valeh Kərimov
Gülşad Baxşıyeva
Ayşad Məmmədov
Firəngiz Rəhimbəyli
Nəsir Sadıqzadə
Rəfael Dadaşov
Operator Amin Novruzov
Bəstəkar Eldar Mansurov
Rəssam Rafiq Nəsirov
İstehsalçı "Qara Qayafilm" studiyası
İlk baxış tarixi 1991
Filmin növü tammetrajlı bədii film
Müddət 97 dəq.
Ölkə Azərbaycan Azərbaycan SSR
Dil azərbaycanca
İl 1991
Sonrakı film Bəxt üzüyü 2
Texniki məlumatlar 10 hissə
2770 metr
Rəng rəngli
IMDb ID1456483

Mündəricat

  • 1 Məzmun
  • 2 Film haqqında
  • 3 Festival və mükafat
  • 4 Filmin heyəti
  • 5 Rollarda
    • 5.1 Filmi səsləndirdilər
  • 6 İstinadlar
  • 7 Mənbə
  • 8 Xarici keçidlər
  • 9 Həmçinin bax

Məzmun

redaktə

Filmin süjeti ailə-məişət münaqişəsi fonunda üzüyün itməsilə başlayır. Saranın "bəxt üzüyü"nün itdiyi iddia olunur və bu hadisə ailədaxili və sosial münasibətləri sarsıdır. Hadisələrin inkişafı zamanı üzüyün itməsinin ətrafında müxtəlif fərqli insan tiplərinin xarakterləri, davranış modelləri və sosial statusları üzə çıxır. Zahirən komediya janrında qurulan film əslində geniş sosial və fəlsəfi məzmun daşıyır.[3]

Filmdə təqdim edilən personajlar cəmiyyətin müxtəlif təbəqə və davranış modellərini təmsil edir. Moşu – bacarmadığı sahələrdə fəaliyyət göstərən, lakin ailəsinə bağlı kişi tipidir. Söylü – şəhər mühitinə uyğunlaşa bilməyən, kənd mentalitetini daşıyan obrazdır. Sədaqət – əxlaq normalarına etinasız yanaşan, sərbəst həyat tərzi sürən şəxsləri təmsil edir. Rasim – rüşvətxor, şəxsi maraqlarını ön planda tutan və sosial pozuntulara biganə münasibət göstərən obrazdır. Hüseyn – yetimxanada böyüyən, həyat çətinliklərinə uyğunlaşa bilməyən və cəmiyyətin mənəvi deformasiyasından əziyyət çəkən şəxsdir.[4] Filmdə üzüyün kim tərəfindən götürüldüyü məsələsi də ideya baxımından vacibdir. Əsərdə üzüyü Hüseynin götürərək satdığı göstərilsə də, film versiyasında üzüyün sadəcə olaraq itdiyi bildirilir. Bu dəyişiklik süjet xəttinə fəlsəfi yük əlavə edir: üzük burada təkcə əşya deyil, həm də simvolik olaraq xalqın və ya cəmiyyətin "bəxti", ümumi harmoniyası kimi yozulur. Bu "itki" müxtəlif personajların daxilən və sosial olaraq deformasiyaya uğraması ilə nəticələnir.[5]

Film haqqında

redaktə
  • Film dramaturq Vaqif Səmədoğlunun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir.
  • Film 2 ay ərzində Şüvəlanda çəkilib. Bağ yeri Şüvəlanda, bazar Mərdəkanda, dəniz Bilgəhdə lentə alınıb.[6]

Festival və mükafat

redaktə

1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival müsabiqəsində quruluşçu rejissor Ramiz Əzizbəyliyə tamaşaçı rəğbətinə görə Mükafat verilmişdir.[5]

Filmin heyəti

redaktə
Quruluşçu rejissor — Ramiz Əzizbəyli
Ssenari müəllifləri — Ramiz Əzizbəyli, Orxan Fikrətoğlu
Əsərin müəllifi — Vaqif Səmədoğlu
Quruluşçu operator — Amin Novruzov
Quruluşçu rəssam — Rafiq Nəsirov
Səs operatoru — Kamal Seyidov
Rejissor — Elman Şeydayev
Operator — Kamal Məlikov
Bəstəkar — Eldar Mansurov
Qrim üzrə rəssam — Rəna Əliyeva
Geyim üzrə rəssam — Nizami Bəydəmirov
Montaj edən — Nailə Dadaşova
Mahnıları ifa edirlər — Ramiz Əzizbəyli (titrlərdə yoxdur), Firəngiz Rəhimbəyli, Mübariz Tağıyev, Səxavət Məmmədov, Tac (qrup)
Mahnıların mətni — Ramiz Əzizbəyli ("Həyat yolu"), Vahid Əziz ("Bu sevgi"), İsmayıl Dadaşov ("Tanqo"), Vaqif Səmədoğlu ("Bir sabah") (titrlərdə yoxdur)
Redaktor — Ramiz Rövşən
Filmin direktoru — Akif Musayev

Rollarda

redaktə
Afaq Bəşirqızı — Söylü
Valeh Kərimov — Moşu Göyəzənli
Gülşad Baxşıyeva — Sara
Ayşad Məmmədov — Hüseyn
Firəngiz Rəhimbəyli (Firəngiz Rəhimbəyova kimi) — Sevda
Nəsir Sadıqzadə — Tanrıbəy
Rəfael Dadaşov — Rasim
Muxtar Maniyev — Zırpı
Cahangir Novruzov — milis rəisi
Arif Quliyev — milis nəfəri
Ramiz Əzizbəyli — sərxoş
Vaqif Səmədoğlu - su satan

Filmi səsləndirdilər

redaktə
Ramiz Əzizbəyli — milis nəfəri(Arif Quliyev), qatıqsatan (titrlərdə yoxdur)

İstinadlar

redaktə
  1. ↑ "Bəxt üzüyü"nün 20 yaşı tamam olur: [Vaqif Səmədoğlunun eyniadlı pyesi Ramiz Əzizbəylinin quruluşunda] //Ayna.- 2012.- 25 fevral.- S. 20.
  2. ↑ ""Bəxt üzüyü"nün çəkilişləri: "Ona "senzuradan keçməyən" bir kəlmə dedi…"". 2020-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-21.
  3. ↑ İsrayəlzadə, Məhəmməd. ""Bəxt üzüyü"nü kim götürmüşdü?!". www.anl.az. 2020-08-15. İstifadə tarixi: 2025-07-24.
  4. ↑ "20 ilin "Bəxt üzüyü"". medeniyyet.info.az (ingilis). İstifadə tarixi: 2025-07-24.
  5. ↑ 1 2 Kazımzadə, 2003
  6. ↑ "Xalq artisti: ""Bəxt üzüyü"nə cəmi 3 dəfə baxmışam"". 2020-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-21.

Mənbə

redaktə

Xarici keçidlər

redaktə
  • Filmi izlə
  • Filmin musiqiləri (video)
  • Filmin musiqiləri (audio)

Həmçinin bax

redaktə
  • Bir sabah
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bəxt_üzüyü&oldid=8253817"
LOVE.AZ