Cəlaləddin Məhəmməd Dəvani (fars. جلالالدین دوانی; — XV əsr islam filosofu, teoloq, şair. Tam adı Cəlaləddin Məhəmməd ibn Əsəd Siddiqi Dəvani idi.[1] Əllamə Dəvani adı ilə də tanınırdı. Hicri 830-cu ildə Fars əyalətində, Kazerun yaxınlığında yerləşən Dəvan kəndində anadan olmuşdur. Müəəlifin müxtəlif mövzulu 80-dən artıq əsəri mövcuddur.[2]
Cəlaləddin Dəvani | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | İran, Kazerun, Dəvvan kəndi |
Vəfat tarixi | yanvar, 1503 |
Vəfat yeri | İran, Kazerun |
Vəfat səbəbi | xəstəlik |
Dəfn yeri | İran, Kazerun, Dəvvan kəndi |
Atası | Mövlana Səadəddin Əsəd |
Fəaliyyəti | şair, filosof, qazı |
![]() |
İbtidai təhsilini doğulduğu Dəvan kəndində, dövrünün tanınmış alimlərindən biri olan atası Səadəddin Əsədin yanında almışdır. Daha sonra bir müddət Suzar dağının mağarasında təcrid həyatı yaşamış, ardınca elmi fəaliyyətini davam etdirmək məqsədilə Şiraz şəhərinə yollanmış, Mövlana Möhyəddin Kuşəkənarinin və Mövlana Həsənşah Baqqalın yanında təhsil almağa başlamışdır. Burada müxtəlif elmi sahələrində biliklərini təkmilləşdirmiş və həm sünni, həm də şiə məzhəbindən olan çevrələr tərəfindən ehtiramla qəbul edilən nüfuzlu alimlərdən birinə çevrilmişdir.[2][3]
Müəyyən dövrdə siyasi fəaliyyətlərlə də məşğul olmuş, Qaraqoyunlu hökmdarı Cahanşahın oğlu Yusifin vəziri kimi fəaliyyət göstərmişdir. Lakin sonralar əsas diqqətini elmi fəaliyyətə yönəltmişdir. Ağqoyunlu hökmdarı Sultan Yaqub tərəfindən Fars vilayətinin Qaziül-quzzatı (baş qazisi) vəzifəsinə təyin olunmuşdur. Sultan Yaqubun vəfatından sonra da Fars vilayətində tədris fəaliyyətini davam etdirmişdir.[2]
Alim 1503-cü ilin yanvar ayında qısa sürən bir xəstəlik nəticəsində, 78 yaşında vəfat etmişdir.[3][4] Məqbərəsi doğma yurdu olan Dəvan kəndində yerləşir.[2]