Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 2 saniyə əvvəl Qraf (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Cəlal Cavanşir oğlu Qurbanov (19 mart 1980, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, Prezident təqaüdçüsü, "Fire Land Group"-un rəhbəri, Milli Güləş Federasiyasının prezidenti (2020–2022)[1]. 2001–2023 DGK Gömrük Xidməti polkovniki.[2]
Cəlal Qurbanov | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 mart 1980(1980-03-19) (45 yaş) |
Doğum yeri | |
Təhsili | |
Atası | Cavanşir Qurbanov |
Qurbanov Cəlal Cavanşir oğlu 19 mart 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Yasamal rayonunda yerləşən 21 saylı orta məktəbin birinci sinfinə daxil olub. 1996-cı ildə həmin məktəbin 11-ci sinfini bitirib, "Təfəkkür" Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. 2000-ci ildə həmin universiteti birinci kursunu müvəffəqiyyətlə bitirib Dövlət Neft Akademiyasından zəmanət götürərək, könüllü olaraq hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirib. 2003-cü ildə ADNA-nın Neftin sənayesi və Ekologiyası ixtisası üzrə magistr pilləsini bitirmişdir. 2005-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasına "İnzibati idarəetmə" fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil almaq üçün qəbul olunmuş və 2008-ci ildə bitirmişdir. 2001–2023-cü illərdə DGK Bakı Baş Gömrük İdarəsidə Gömrük Xidməti Polkovniki vəzifəsində çalışmışdır.[3]
Sərbəst Güləş üzrə idman ustalığına namizəddir. 15 fevral 2021-ci ildə Azərbaycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti seçilib.[4]
15.01.2001–24.07.2001-ci illərdə Azərbaycan Dövlət Gömrük Komitəsi Azərterminalkomleks birliyi Bakı Şöbəsi mütəxəssisi kimi fəaliyyət göstərmişdir. 2003– 2007-ci il tarixlərində Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi, Keşlə Gömrük postunun inspektoru kimi fəaliyyət göstərmişdir. Həmçinin 2004– 2007-ci il tarixi ərzində Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi, Rəsmləşdirmə şöbəsi böyük inspektoru vəzifəsində çalışmışdır. 2004–2018 – çi illərdə Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Baş inspektor kimi çalışıb. 2016–2018 – Bakı Baş Gömrük İdarəsində yaradılmış "Yaşıl Dəhliz" buraxılış sisteminin qrup rəhbər təyin olunmuşdur. 2018– 2023 – çi illərdə Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük Komitəsi Hava Nəqliyyatı Baş Gömrük İdarəsi baş inspektor vəzifəsində çalışıb.
2013-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Fire Land"Productionun rəhbəri, nəğməkar-şair, Prezident təqaüdçüsüdür. "Yaşa, yaşa, Azərbaycan!", "Mənim atam qəhrəmandır!", "Mənim oğlum qəhrəmandır!" layihələrinin rəhbəridir.[5][6]