. Love.az

Diskleymer - Wikipedia - Love.az

Ana Səhifə - Diskleymer

Diskleymer (ing. disclaimer) və ya məsuliyyətdən imtina bəyanatı[1] — hüquq və ya informasiya sahəsində istifadə olunan, müəyyən bir məsuliyyətin və ya hüququn məhdudlaşdırılması, rədd edilməsi və ya istisna olunması məqsədi ilə verilən xəbərdarlıq və ya bildiriş. Diskleymer, adətən, təqdim olunan məlumatların düzgünlüyü, tamlığı və ya etibarlılığı barədə hər hansı bir zəmanət verilmədiyini vurğulayır.[2][3]

Diskleymerlər müxtəlif sahələrdə geniş istifadə olunur, xüsusən onlara hüquq, ticarət, media, internet saytları və proqram təminatlarında rast gəlinir. Məsələn, bir şirkətin saytında yerləşdirilən diskleymer istifadəçilərə məlumatların dəyişə biləcəyini, səhv ola biləcəyini və ya təqdim olunan məzmunun hüquqi məsləhət kimi qəbul edilməməli olduğunu bildirə bilər.

Diskleymerlərin əsas məqsədi məsuliyyətin bölüşdürülməsi və ya müəyyən şərtlər daxilində məhdudlaşdırılmasıdır. Bu, həm hüquqi riskləri azaltmaq, həm də istifadəçilərin məlumatı düzgün anlamasına kömək etmək üçün vacibdir.

İstinadlar

redaktə
  1. ↑ disclaimer sözünün tərcüməsi | Onlayn Lüğət — azleks.az
  2. ↑ disclaimer | Wex | US Law | LII / Legal Information Institute
  3. ↑ Disclaimer Law: Examples, Liability and Legal Support | LegalMatch
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Diskleymer&oldid=8238169"
LOVE.AZ