Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 0 saniyə əvvəl Gadir (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. (iyul 2025) |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər. (iyul 2025) |
Bu məqalənin üslubu və ya stili Vikipediyada istifadə olunan ensiklopedik tərzdə olmaya bilər. Müvafiq müzakirə müzakirə səhifəsində mövcud ola bilər. (iyul 2025) |
Həşimov Elşən Qiyas oğlu (2 noyabr 1970, Boladı, Lənkəran rayonu) — milli təhlükəsizlik və hərbi elmlər doktoru (2019), professor (2017). "Milli təhlükəsizlik və hərbi elmlər" jurnalının baş redaktoru.
Elşən Həşimov | |
---|---|
Doğum tarixi | 2 noyabr 1970(1970-11-02) (54 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Həşimov Elşən Qiyas oğlu 2 noyabr 1970-ci il tarixində Lənkəran rayonunun Boladı kəndində anadan olmuşdur.
1994–1995-ci illərdə Ukraynanın Nikolayev vilayətinin Pervomaysk şəhərində 16613 saylı hərbi hissədə heyət rəisi vəzifəsində xidmət etmişdir. 1995–1998-ci illərdə Xarkov Hərbi Universitetinin əyani adyunkturasında təhsil almaqla xidmətini davam etdirmişdir. 1998–1999-cu illərdə Xarkov Hərbi Universitetinin Raket silahları və texnoloji qurğular kafedrasında assistent vəzifəsində, 1999–2000-ci illərdə müəllim vəzifəsində xidmət etmişdir. 12.01.2000-ci il tarixindən öz xahişi ilə Ukrayna Silahlı Qüvvələrindən tərxis olunmuşdur.
2000–2002-ci illərdə Azərbaycan Ali Hərbi Məktəbinin Hava hücumundan müdafiə kafedrasının müəllimi, 2003–2007-ci illərdə Mexanika kafedrası rəisinin müavini vəzifələrində xidmət etmişdir. 2007–2013-cü illərdə Mexanika kafedrasının rəisi vəzifəsini icra etmişdir. 2014-cü ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Elm və Adyunktura şöbəsinin dosenti, Elm və Adyunktura şöbəsinin rəisi vəzifələrində, 2015–2020-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin rəisi-professor vəzifəsində xidmət etmişdir.
31.05.2020-ci il tarixində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
2020–2022-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin Adyunkturasında "professor-məsləhətçi" vəzifəsində, 2022–2023-cü illərdə Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun professoru (Elmi katib) vəzifəsində, 15.03.2023-cü il tarixindən bu günədək isə Milli Müdafiə Universitetində professor(Elmi katib) vəzifəsində işləyir.
1999-cu ildə Ukrayna Ali Attestasiya Komissiyası tərəfindən "Texnika elmləri namizədi" elmi dərəcəsi almışdır. 2010-cu ildə "dosent", 2017-ci ildə "professor" elmi adlarına layiq görülmüşdür. 2019-cu ildə "Milli təhlükəsizlik və hərbi elmlər doktoru" elmi dərəcəsi almışdır.
2014-cü ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Elmi şurasının katibi, 2022–2023-cü illərdə Hərbi Elmi Tədqiqat İnstitutunun Elmi şurasının katibi, 2022-ci ildən Milli Müdafiə Universitetinin Elmi şurasının katibidir.
2019-cu ildən Hərb elmləri üzrə Problem şurasının sədr müavinidir. 2018–2019-cu illərdə Hərbi Akademiyanın nəzdində yaradılmış Dissertasiya şurasının üzvü, 2021-ci ildə yaradılmış Birdəfəlik dissertasiya şurasının sədri olmuşdur. Hazırda Milli Müdafiə Universitetinin nəzdində yaradılmış Dissertasiya şurasının üzvü, "Hərbi xüsusi elmlər" ixtisası üzrə Elmi seminarın sədridir.
2015-ci ildən "Milli təhlükəsizlik və hərbi elmlər" elmi-praktik jurnalının baş redaktorudur. 2015–2020-ci illərdə "Hərbi icmal" jurnalının baş redaktoru olmuşdur. Xaricdə dərc edilən bir neçə jurnalın redaksiya heyətinin üzvüdür.
Nümunəvi xidmətinə, təhsil, elm və ictimai sahədə uğurlu fəaliyyətinə görə Müdafiə naziri tərəfindən 8 medalla, eləcə də Müdafiə nazirlərinin müavinləri, Baş İdarə rəisləri, Milli Müdafiə Universitetinin rektoru tərəfindən dəfələrlə "Fəxri fərman" və qiymətli hədiyyələrlə təltif edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranıdır.
Azərbaycan, rus, türk, ukrayna və ingilis dillərini bilir.
Ailəlidir, 2 qızı var.
· 1978–1988-ci illərdə Lənkəran rayonu Boladi kənd orta məktəbində təhsil almışdır.
· 1988–1994-cü illərdə Xarkov Hərbi Universitetində təhsil almış, universiteti "qızıl medal" və fərqlənmə diplomu ilə bitirmişdir.
· 1995–1998-ci illərdə Xarkov Hərbi Universitetində adyunktura təhsili almış, 1998-ci ildə dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmişdir.
· 2015–2018-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasında elmlər doktoru hazırlığı üzrə adyunktura təhsili almış, dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir.
1998-ci ildə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmiş, 1999-cu ildə Ukrayna Ali Attestasiya Komissiyası tərəfindən "Texnika elmləri namizədi" elmi dərəcəsi almışdır. 2010-cu ildə "dosent", 2017-ci ildə "professor" elmi adlarına layiq görülmüşdür. 2019-cu ildə "Milli təhlükəsizlik və hərbi elmlər doktoru" elmi dərəcəsi almışdır.
1 dərsliyin, 19 dərs vəsaitinin və 9 metodiki vəsaitin, respublikada dərc edilmiş 2 və xaricdə dərc edilmiş 3 monoqrafiyanın, respublika səviyyəli 3 patentin müəllifi və həmmüəllifidir.
Hərbi təhsil və hərb elmi, coğrafi informasiya sistemləri, pilotsuz uçuş aparatları, hədəflərin aşkar edilməsi, müasir müharibələrin təhlili.