Emil Ramil oğlu Mustafayev (ukr. Еміль Раміль огли Мустафаєв; 24 sentyabr 2001, Kirovoqrad[1]) — "Polesye Jitomir" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar futbolçu. Ukraynada anadan olub, Azərbaycan Milli Komandasını təmsil edir.
Emil Mustafayev | ||
---|---|---|
Ümumi məlumatlar | ||
Doğum tarixi | 24 sentyabr 2001(2001-09-24) (23 yaş) | |
Doğum yeri | ||
Vətəndaşlığı | ||
Boyu | 174 sm | |
Mövqeyi | yarımmüdafiəçi | |
Karyerası | ||
|
Mustafayev Kirovoqrad vilayətinin müxtəlif gənclər idman məktəbinin yetirməsi olmuş və 5 yaşından etibarən futbol oynamağa başlamışdır.[2]
O, həmçinin bir mövsüm futzal üzrə "Tarasivka" FK-da oynamış, 2018-ci ilin avqustunda Ukrayna Premyer Liqasında çıxış edən "Oleksandriya" FK ilə müqavilə imzalamışdır. Mustafayev Ukrayna Premyer Liqasında debütünü 9 may 2021-ci ildə "Zorya Luhansk" FK-ya qarşı səfərdə uduzduqları oyunda ikinci hissədə əvəzedici oyunçu kimi çıxış edərək etmişdir.[3]
Emil Mustafayev Ukraynada anadan olsa da, Azərbaycan əsilli olduğu üçün 2021-ci ilin noyabrında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına çağırılıb.[4] O, böyüklərdən ibarət Azərbaycan millisində debütünü 22 mart 2024-cü ildə Monqolustan millisi ilə yoldaşlıq oyununda edib.[5]