. Love.az

Ferhadbeyovlarin Evi - Wikipedia - Love.az

Ana Səhifə - Ferhadbeyovlarin Evi

Fərhadbəyovların evi — Şəki şəhərində yerləşən XIX əsrə aid tarixi-memarlıq abidəsi.

Fərhadbəyovların evi
Ölkə  Azərbaycan
Şəhər Şəki
Yerləşir M.Hüseynzadə küçəsi, 10, ev 6
Aidiyyatı Yuxarı-Baş Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XIX əsr
Vəziyyəti stabil
UNESCO Ümumdünya İrsi
Rəsmi adı: Historic Centre of Sheki with the Khan’s Palace
TipiMədəni
Kriteriyaii, v
Təyin edilib2019
İstinad nöm.1549
DövlətAzərbaycan
RegionAvropa
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.4969
KateqoriyaBina
ƏhəmiyyətiYerli əhəmiyyətli

Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Mündəricat

  • 1 Haqqında
    • 1.1 Memarlıq xüsusiyyətləri
  • 2 Mənbə
    • 2.1 İstinadlar
    • 2.2 Ədəbiyyat

Haqqında

redaktə

Fərhadbəyovların evi XIX əsrdə Şəki şəhərində tikilib. Çiy kərpic və çay daşlarından tikilən evin sahibi Fərhad bəy olub.[1]

Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[2][3]

Memarlıq xüsusiyyətləri

redaktə

İkimərtəbəli evin birinci mərtəbəsində tavanın hündürlüyü 2,2 metr, ikinci mərtəbədə isə 3,3 metrdir. Evin birinci mərtəbəsi hər birinin şüşəbənd-eyvana çıxışı olan üç otaqdan ibarətdir. Otaqların ikisində buxarı, taxça və rəflər var. Qapılar ikitaylıdır. İkinci mərtəbədə ayrıca iki otaq və bir-biri ilə əlaqəsi olan dörd otaq var. Pəncərəaltıların hündürlüyü 30 santimetrdir, tavandan 60-70 santimetr məsafədə bəzək əşyaları üçün taxçalar var. Evin ara hissəsində də eyvan var. Eyvana bəzəkli taxtalardan sütunlar qoyulub. Kiçik otaqların pəncərələrinin yarısı şəbəkəlidir. Binanın üstü kirəmitlə örtülüb.[4][1]

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. ↑ 1 2 Rövşən, 2008. səh. 15
  2. ↑ "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı". e-qanun.az (az.). 2001-08-02. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-06-19.
  3. ↑ "Fərhadbəyovların yaşayış evi". sheki.mct.az. İstifadə tarixi: 2025-07-08.
  4. ↑ "Fərhadbəyovların yaşayış evi". sheki.heritage.org.az. İstifadə tarixi: 2025-07-04.

Ədəbiyyat

redaktə
  • Rövşən, İradə. Şəki yaşayış evlərinin interyeri (XVIII ə.sonu- XX ə.əvvəlləri) (az.). Bakı: Elm nəşriyyatı. 2008. səh. 152.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fərhadbəyovların_evi&oldid=8234408"
LOVE.AZ