Güləh[1][2] — Azərbaycan Respublikasının Şabran rayonunun Çaraq kənd inzibati ərazi dairəsinin tərkibində kənd[3][4][5].
Güləh | |
---|---|
41°04′16″ şm. e. 48°56′51″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Rayon | Şabran rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
2 aprel 2010-cu il tarixli 982-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Dəvəçi rayonunun (indiki Şabran rayonu[6]) Çaraq, Güləh, Hacıiskəndərli, Kyünçal, Təkyə və Uqah kəndləri Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Çaraq kəndi mərkəz olmaqla, Çaraq kənd inzibati ərazi dairəsi yaradılması və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsi qərara alınmışdı[7].
Şabran rayonunun (o vaxtkı Dəvəçi rayonunun[6]) Çuxurazəmi kənd inzibati ərazi dairəsinin tərkibində də keçmişdə Güləh adında kənd mövcud olmuşdu[8]. Hər iki Güləh adında yaşayış məntəqələri XIX əsrdə Quba rayonunun Xaltan kəndindən çıxmış ailələrin Güləh adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Güləh sözü "yoncalıq" deməkdir. Güləh kəndinin ərazisində eyniadlı göl və mineral bulaq da vardır. Bu toponimi "gilli yer" kimi izah edənlər də var.[9]
Kənd dağlıq ərazidə yerləşir[9].
Şabran rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |