Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Talıbov Hüseyn Heydər oğlu (16 noyabr 1937, Kirovabad – 2013) —1964–1965-ci illərdə Xanlar Rayon Xalq Məhkəməsinin sədri, 1965–1970-ci illərdə Qax Rayon Xalq Məhkəməsinin sədri, 1970–1971-ci illərdə Zaqatala Rayon Xalq Məhkəməsinin sədri, 1971–1980-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 1980–1985-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, 1985–1986-cı illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin birinci müavini, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, 2007–2010-cu ildən Bakı Apelyasiya Məhkəməsinin hakimi. Hüquq elmləri namizədi.
Hüseyn Talıbov | |
---|---|
| |
1991 – 1992 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Tahir Kərimli |
1986 – 1991 | |
Əvvəlki | İbrahim İsmayılov |
Sonrakı | Vəzifə ləğv edildi. |
1985 – 1986 | |
Sədr | İbrahim İsmayılov |
1980 – 1985 | |
Sədr | İbrahim İsmayılov |
1971 – 1980 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 noyabr 1937(1937-11-16) |
Doğum yeri | |
Vəfat tarixi | 2013 |
Təhsili |
|
Fəaliyyəti | hakim |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
![]() |
Hüseyn Talıbov 1937-ci il noyabr ayının 16-da Gəncə şəhərində anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsini bitirmişdir. 1964–1965-ci illərdə Xanlar Rayon Xalq Məhkəməsinin sədri, 1965–1970-ci illərdə Qax Rayon Xalq Məhkəməsinin sədri, 1970–1971-ci illərdə Zaqatala Rayon Xalq Məhkəməsinin sədri, 1971–1980-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 1980–1985-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, 1985–1986-cı illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin birinci müavini, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri ve Ali Sovetin deputati. Hüseyn Talıbovun Ali Məhkəmədə işlədiyi ən çətin və mürəkkəb dövr 1988-1991-ci illəri əhatə edir. Söhbət 70 il dünyanı lərzəyə salmış totalitar bir sistemin çökməyə başlaması dövrundən gedir. Bunun ən aşkar göstəricisi Dağlıq Qarabağda baş qaldırmış separatçılıq tendensiyaları idi. 1988-ci ilin fevral ayında Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra bununla bağlı çoxsaylı cinayət hadisələri olmuş, cinayət işləri qaldırılmışdı. Həmin işlərin istintaqını bir qayda olaraq SSRİ prokurorluğunun müstəntiqləri aparırdı. Cinayət işlərinə Azərbaycan məhkəmələri, əsasən Ali Məhkəmə tərəfindən baxılırdı.
SSRİ prokurorluğu və SSRİ Ali Məhkəməsi ermənilərin təzyiqi ilə tələb edirdilər ki, bu işlər üzrə məhkumlara ağır cəzalar, hətta müstəsna cəza tədbiri olan ölüm cəzası tətbiq edilsin. Azərbaycana və azərbaycanlılara daha çox zərbə vurmaq üçün ermənilər hər cür vasitədən istifadə edirdilər. O vaxt bunu respublika vətəndaşlarının əksəriyyəti bilmirdi. Moskvanın inadlı təkidləri təəssüf ki, ozamankı respublika rəhbərliyinə də sirayət etmiş, mərkəzdən gələn tələbləri yerinə yetirirdi. Lakin bütün təzyiq və təsirlərə baxmayaraq, belə cinayət işlərinin heç biri üzrə məhkumlara Azərbaycan məhkəmələri tərəfindən ölüm hökmü çıxarılmırdı. Hətta SSRİ Ali Məhkəməsi "nümunə" göstərmək üçün həmin işlərdən birini - Sumqayıtdan olan Musayevin işini öz icraatına götürdü, ona ölüm cəzası təyin etdi və bu hökm dərhal icra edildi. Lakin Azərbaycan məhkəmələri ittifaq Ali Məhkəməsinin bu "nümunəsinə" əməl etmədi, heç nədən çəkinməyərək sonrakı vaxtlarda da həmin işlər üzrə məhkumlara müstəsna cəza tədbirləri tətbiq edilmədi. Bu, Hüseyn Talıbovun xidmətlərinin nəticəsi idi.
1992–2000-ci illərdə Sumqayıt Şəhər Xalq Məhkəməsinin sədri. 1994-cü ildə H. Talıbov Sumqayıt Şəhər Məhkəməsinin sədri işlədiyi vaxt respublika məhkəmələri hakimlərinin konfransında Bakı şəhəri və respublikanın digər şəhər və rayon məhkəmələri hakimlərinin ixtisas kollegiyasının sədri seçilmişdir. Qanunun tələbinə görə, məhkəmələrə hakimlərin seçilməsi və onların vaxtından əvvəl geri çağırılması yalnız ixtisaslaşdırılmış kollegiyanın razılığı ilə olurdu. Həmçinin hakimlərə ixtisas dərəcəsi verilməsi və onların intizam məsuliyyətinə cəlb edilməsi məsələlərinə də həmin kollegiyada baxılırdı. 2000–2007-ci illərdə isə Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Milli Məclisinin 16 iyun 2007-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinə hakim təsdiqlənmişdir.
Hüseyn Talıbov müstəqil Azərbaycan Respublikasının Ali Məhkəməsinin ilk sədri olub.
Hüquq elmləri namizədi idi.
Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2008-ci il tarixli sərəncamı ilə"Tərəqqi" medalı ilə təltif edilmişdir.
Ailəli idi, 3 övladı var.