. Love.az

Hecer Babayeva - Wikipedia - Love.az

Ana Səhifə - Hecer Babayeva

Həcər Teymur qızı Babayeva (17 aprel 1948, Bakı) — azərbaycanlı musiqişünas, professor, Əməkdar incəsənət xadimi.[1]

Həcər Babayeva
Həcər Teymur qızı Babayeva
Doğum tarixi 17 aprel 1948(1948-04-17) (77 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi musiqişünaslıq
Elmi dərəcəsi Professor
İş yeri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
Təhsili Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Ü.Hacıbəyov adına Orta İxtisas Musiqi Məktəbi
Üzvlüyü Azərbaycan Bəstəkarlar İttifaqı\nMÜZED Musiqi Təhsili Elmi Şurası
Mükafatları Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
    • 2.1 Elmi fəaliyyəti
    • 2.2 Kitabları
    • 2.3 Tədris ədəbiyyatı
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Həyatı

redaktə

Həcər Babayeva 17 aprel 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1957–1969-cu illərdə Üzeyir Hacıbəyov adına Konservatoriyanın nəzdindəki Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1969–1973-cü illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Tarixi–nəzəriyyə" fakültəsində fərqlənmə diplomu ilə təhsilini başa vurub.

Fəaliyyəti

redaktə

Pedaqoji fəaliyyətinə 1973–1978-ci illərdə "Bakı məktəbəqədər" Pedaqoji məktəbində müəllim kimi başlamış, 1978–1993-cü illərdə A. Zeynallı adına Musiqi Texnikumunda, 1993–1997-ci illərdə isə Türkiyənin Bilkənd Universitetində çalışmışdır. 1970–2009-cu illərdə Azərbaycan Milli Konservatoriyasının nəzdindəki musiqi kollecində müəllim, Bakı Musiqi Akademiyasında əvəzçi müəllim kimi fəaliyyət göstərmişdir. 2009-cu ildən etibarən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Musiqi Nəzəriyyəsi kafedrasında baş müəllim, 2009-cu ildən dosent, 2011-ci ildən isə professor vəzifəsində çalışıb. O, 1995-ci ildə Ankara Bilkənd Universitetində ustad dərslər keçmişdir.[2]

Elmi fəaliyyəti

redaktə

2008-ci ildə Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb. İpək Yolu Musiqi Konfransı (Bolu/Türkiyə, Abant İzzət Baysal Universiteti, 2016) Musiqi Təhsili Elmi Şurasının üzvü və oturum başqanı olub. Azərbaycan Bəstəkarlar İttifaqının Musiqişünaslıq bölməsinin sədridir. Azərbaycan Təhsil Nazirliyinin təşkil etdiyi Heydər Əliyevin 85 illiyinə həsr olunmuş I Respublika müsabiqəsinin Təşkilat Komitəsinin üzvü olub. Təhsil Nazirliyinin akkreditasya komissiyalarında sədr kimi fəaliyyət göstərib.

Kitabları

redaktə

Vasif Adıgözəlov – Bakı: "Ergün" nəşriyyatı, 1995.

Sənsiz Səninlə – Bakı: "Adiloğlu" nəşriyyatı, 2006.

Ağabacı Rzayeva – Bakı: "Aspoliqraf", 2013.

Firəngiz Əlizadə – Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2014.

Firəngiz Əlizadə. Dünya şöhrətli bəstəkarımız – Bakı: "Vətənoğlu" nəşriyyatı, 2018.

Tədris ədəbiyyatı

redaktə

Elementar musiqi nəzəriyyəsi – dərslik – Bakı: "Çıraq" nəşriyyatı, 2013.

Harmoniya I hissə – metodik vəsait – Bakı, 2010.

Harmoniya II hissə – metodik vəsait – Bakı, 2010.

Harmoniya fənninin tədrisinə dair – metodik vəsait – Bakı, 2014.

Həmçinin bax

redaktə
  • Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası

İstinadlar

redaktə
  1. ↑ "Bakı Musiqi Akademiyası - Babayeva Həcər Teymur qızı". musicacademy.edu.az (az.).
  2. ↑ "Azərtac https://azertag.az Musiqişünas Həcər Babayeva: "İpək Yolu" festivalı Bəstəkarlar İttifaqının ən ..."
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Həcər_Babayeva&oldid=8232309"
LOVE.AZ