. Love.az

Haciturali - Wikipedia - Love.az

Ana Səhifə - Haciturali

Hacıturalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd.[1]

Həsənxanlı
40°01′05″ şm. e. 47°07′14″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdam rayonu
Bələdiyyə Əfətli bələdiyyəsi
Bələdiyyə Əfətli bələdiyyəsi
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 177 m
Saat qurşağı
  • UTC+04:00
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0217
Xəritəni göstər/gizlə
Həsənxanlı xəritədə
Həsənxanlı
Həsənxanlı

Mündəricat

  • 1 Tarixi
  • 2 İqtisadiyyatı
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Tarixi

redaktə

Kənd "Hacı Turalu" adı ilə Rusiya İmperiyasının siyahıyaalma kitabı olan "Qafqaz təqvimi"nin 1913-cü il üzrə qeydlər hissəsində Yelizavetpol qubermiyasının Şuşa qəzasının Əfətli kənd icmasının tərkibindəki kənd kimi qeyd edilib[2].

Azərbaycan SSR-in 1926-cı il taruxli inzaibati-ərazi bölgüsünə əsasən bu kənd Ağdam qəzasının Qarqar dairəsində yerləşir[3].

Azərbaycan SSR-da 1929-cu ildə aparılmış inzibati-ərazi ishalatı və qəzaların ləğvi nəticəsində Hacı Turalı kəndi Ağdam rayonunun Əfətli kənd Şurasına (Sovetliyinə) aid edilib.

1961 -1977-ci illlərdə də "Hacıturalı" adı (bir sözlə yazılış) ilə kənd Əfətli Sovetliyinin tərkibində göstərilib.

Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunu[4] ilə Əfətli bələdiyyəsinin əhatə etdiyi Hacıturalı, Həsənxanlı və Qəhrəmanbəyli kəndlərində Hacıturalı bələdiyyəsi təşkil edilmiş, onun ilk Nizanaməsi qəbul edilmişdir.

18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanuna[5] əsasən Hacıturalı bələdiyyəsinin torpaqları Əfətli bələdiyyəsinə birləşdirilərək, Hacıturalı bələdiyyəsi ləğv edildi.

İqtisadiyyatı

redaktə

Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.[6]

Həmçinin bax

redaktə

Ağdam rayonunun Hacıturalı bələdiyyəsi;

Ağdamra taonunun Əfətli bələdiyyəsi.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ Волостныя, станичныя, сельскія, гминныя правленія и управленія, а также полицейскіе станы всей Россіи съ обозначеніем мѣста ихъ нахожденія. Кіевъ: Изд-во Т-ва Л. М. Фишъ. 1913.
  3. ↑ Население Агдамского уезда на 1926 года Arxiv surəti 21 fevral 2018 tarixindən Wayback Machine saytında.
  4. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Azərbaycan Respublikasının bəzi rayonlarının ərazisində bələdiyyələrin təşkil edilməsi haqqında Qanun". e-qanun.az (az.). 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
  5. ↑ "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-11-26.
  6. ↑ Ağdam rayonunun 10 cəbhəyanı kəndinə təbii qaz verilib[ölü keçid]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hacıturalı&oldid=8241740"
LOVE.AZ